Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin icrası haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin icrası ilə bağlı hazırlanmış hesabata dair  Dövlət Neft Fondunun Müşahidə Şurasının qərarını və Fondun maliyyə fəaliyyəti barədə beynəlxalq auditor təşkilatının rəyini nəzərə alaraq qərara alıram:

 

 Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin icrası, gəlirlər 7 721 084,9 min manat, xərclər 9 187 826,9 min manat və ya Fondun 2015-ci il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 75,4%, xərclər üzrə 77,8% səviyyəsində olmaqla aşağıdakı kimi təsdiq edilsin:

 

Sıra

N-si

                                                    Göstəricilər

min manatla

Gəlirlər cəmi:

7 721 084,9

 

o cümlədən

 

 1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

 

7 369 582,1

 2.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər

2 220,1

 3.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

11 594,9

 4.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar)

2 108,3

 5.

Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər

335 579,5

 

 

Xərclər cəmi:

 

 

9 187 826,9

 

o cümlədən

 

 1.

Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

149 998,4

 2.

Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinə transfert

8 130 000,0

 3.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

89 997,8

 4.

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi

61 521,7

 5.

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramının maliyyələşdirilməsi

35 538,0

 6.

Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi

692 849,4

 7.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

27 921,6

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 may 2016-cı il.

19 мая 2016, 09:05

http://www.azertag.net

2751—2760 из 3607

14 апреля 2015, 09:04

О дополнительных мерах по ускорению социально-экономического развития Астаринского района   подробно...

10 апреля 2015, 09:04

О присвоении почетных званий работникам строительства   подробно...

10 апреля 2015, 09:04

О награждении медалью «Терегги» работников строительства   подробно...

10 апреля 2015, 09:04

О назначении Э.С.Рустамова председателем Центрального банка Азербайджанской Республики   подробно...

10 апреля 2015, 09:04

О дополнительных мерах по завершению реставрационной, созидательной работы и работы по благоустройству и реконструкции дорожной инфраструктуры в комплексе «Имамзаде» на территории Гянджинского государственного историко-культурного заповедника   подробно...

9 апреля 2015, 09:04

Об определении нового состава Комиссии по Премии Гейдара Алиева Азербайджанской Республики   подробно...

9 апреля 2015, 09:04

О награждении Мамедбагира Джавад оглы Алиева "Почетным дипломом Президента Азербайджанской Республики"   подробно...

7 апреля 2015, 09:04

ПЛАН МЕРОПРИЯТИЙ,связанный с объявлением 2015 года в Азербайджанской Республике «Годом сельского хозяйства»   подробно...

6 апреля 2015, 09:04

О назначении Э.Г.Набиева судьей Бакинского апелляционного суда   подробно...

6 апреля 2015, 09:04

О предоставлении единовременной материальной помощи участникам Великой Отечественной войны 1941-1945 годов, вдовам погибших или скончавшихся впоследствии бойцов, лицам, награжденным орденами и медалями за самоотверженный труд в тылу   подробно...