“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 5 aprel tarixli 185 VQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 5 aprel tarixli 185 VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 aprel 2016-cı il.
29 апреля 2016, 09:0414 сентября 2021, 17:09
Распоряжение Президента Азербайджанской Республики Об освобождении Р.А.Джалилова с должности заместителя начальника Государственной службы по вопросам имущества при Министерстве экономики Азербайджанской Республики подробно...
14 сентября 2021, 17:09
Распоряжение Президента Азербайджанской Республики О назначении Р.А.Джалилова главой Исполнительной власти Джалилабадского района подробно...
14 сентября 2021, 17:09
Распоряжение Президента Азербайджанской Республики О назначении Р.Э.Тагиева главой Исполнительной власти Шамкирского района подробно...
13 сентября 2021, 20:09
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению обеспечения посевных площадей в Агстафинском и Газахском районах оросительной водой и удовлетворению потребностей населения в питьевой воде подробно...
13 сентября 2021, 20:09
Распоряжение Президента Азербайджанской Республики О награждении Фредерика Стара орденом «Достлуг» подробно...
10 сентября 2021, 20:09
Распоряжение Президента Азербайджанской Республики О награждении А.Санджара «Почетным дипломом Президента Азербайджанской Республики» подробно...
10 сентября 2021, 20:09
Распоряжение Президента Азербайджанской Республики О проведении 100-летнего юбилея Микаила Абдуллаева подробно...
9 сентября 2021, 19:09
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах, связанных с продолжением работ по реконструкции автомобильных дорог на территории Бинагадинского района города Баку подробно...
7 сентября 2021, 20:09
Распоряжение Президента Азербайджанской Республики О назначении Ф.Ф.Гайыбова министром молодежи и спорта Азербайджанской Республики подробно...
6 сентября 2021, 17:09
Распоряжение Президент Азербайджанской Республики О награждении членов Национальной паралимпийской команды Азербайджана подробно...