“Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 avqust tarixli 429 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 avqust tarixli 429 nömrəli Sərəncamını “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 70-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 avqust tarixli 429 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 637; 2011, № 12, maddə 1161; 2013, № 6, maddə 703, № 9, maddə 1088; 2014, № 4, maddə 404, № 7, maddə 864) 1-ci hissəsində “Hadı Rəcəbli - Azərbaycan Respublikası Milli Məclisinin Sosial Siyasət Komitəsinin sədri” sözləri “Hadı Rəcəbli - Azərbaycan Respublikası Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin sədri” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2016-cı il.
22 апреля 2016, 09:044 апреля 2014, 16:04
О награждении орденом «Шараф» Ш.Г.Ханбабаева подробно...
4 апреля 2014, 15:04
Введён запрет на любую деятельность в 3 километрах от побережья Каспийского моря подробно...
4 апреля 2014, 11:04
Азербайджан информировал ILO о прогрессе с развитием достойного труда подробно...
4 апреля 2014, 08:04
О проведении 100-летнего юбилея Барат Шекинской подробно...
4 апреля 2014, 08:04
О награждении орденом «Достлуг» А.С.Дзасохова подробно...
3 апреля 2014, 11:04
Счётная палата готова выступить с ежегодным отчётом подробно...
3 апреля 2014, 10:04
Проездной документ для иностранцев и лиц без гражданства введён в Азербайджане для их безвизового въезда в страну подробно...
3 апреля 2014, 10:04
О назначении Э.Д.Сеидова судьей Бакинского суда по тяжким преступлениям подробно...
3 апреля 2014, 10:04
Об утверждении «Национальной стратегии по развитию информационного общества в Азербайджанской Республике на 2014-2020 годы» подробно...
3 апреля 2014, 10:04
О дополнительных мерах по строительству автомобильной дороги Алатемир-Марсан-Тасмалы-Зейем-Лелели Гахского района подробно...