Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanına əlavə - “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 492; 2007, № 11, maddə 1103; 2011, № 7, maddə 645) əlavə - “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 2.6-1, 2.9-1, 2.9-2, 2.9-3 və 2.9-4-cü bəndlər əlavə edilsin:
“2.6-1. Yuxarı dövlət orqanı və ya müvafiq sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən dövlət orqanları ilə razılaşdırmaqla qəbul (təsdiq) olunan normativ hüquqi aktda dəyişiklik yalnız həmin orqanlarla razılaşdırıldıqdan sonra edilə bilər. Belə normativ hüquqi aktda ona dəyişiklik edilməsi qaydası göstərilməlidir.”;
“2.9-1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qəbul (təsdiq) edilmək üçün göndərilən normativ hüquqi aktın layihəsi aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış hesab olunur. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş bu layihəni razılaşdırılmaq üçün aidiyyəti dövlət orqanlarına göndərmədən qəbul (təsdiq) edir. Belə layihədə dəyişikliklər yalnız Azərbaycan Respublikası Prezidenti Administrasiyasının razılığı ilə edilə bilər.
2.9-2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Azərbaycan Respublikasının Nazirlər Kabinetinə münasibət bildirilməsi üçün göndərilən normativ hüquqi aktın layihəsi aidiyyəti dövlət orqanları ilə razılaşdırılır.
2.9-3. Normativ hüquqi aktın layihəsinə dair Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərdiyi təkliflər aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış hesab olunur. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş bu təklifləri razılaşdırılmaq üçün aidiyyəti dövlət orqanlarına göndərmədən nəzərə alır.
2.9-4. Bu Əsasnamənin 2.4, 2.7, 2.8 və 2.9-cu bəndlərinin müddəaları razılaşdırılmaq üçün yuxarı dövlət orqanına təqdim olunan normativ hüquqi aktların layihələrinə şamil edilmir.”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart 2014-cü il.
11 марта 2014, 14:03
6 марта 2017, 09:03
О присвоении почетных званий азербайджанским женщинам подробно...
6 марта 2017, 09:03
О назначении членов Наблюдательного совета Фонда молодежи при Президенте Азербайджанской Республики подробно...
6 марта 2017, 09:03
О награждении азербайджанских женщин подробно...
3 марта 2017, 09:03
Об упрощении визовых процедур для иностранцев и лиц без гражданства, прибывающих в Азербайджанскую Республику в связи с организацией и проведением соревнований Гран-при Азербайджана Формула-1 2017 подробно...
3 марта 2017, 09:03
О некоторых мерах по организации и проведению IV Игр исламской солидарности подробно...
3 марта 2017, 09:03
О 25-летнем юбилее создания Национального Олимпийского комитета Азербайджанской Республики подробно...
27 февраля 2017, 09:02
Распоряжение Кабинета Министров Азербайджанской Республики подробно...
27 февраля 2017, 09:02
Постановление Милли Меджлиса Азербайджанской Республики в связи с 25-летием Ходжалинского геноцида подробно...
27 февраля 2017, 09:02
О дополнительных мерах по регулированию организации экзаменов по приему студентов в высшие и средние специальные учебные заведения в Азербайджанской Республике подробно...
27 февраля 2017, 09:02
Список относительно распределения по населенным пунктам водоочистных установок модульного типа, сооружение которых предусматривается в 2017 году подробно...