“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 5 aprel tarixli 190-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 5 aprel tarixli 190-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 aprel 2016-cı il.
19 апреля 2016, 09:0423 апреля 2021, 20:04
Распоряжение Президента Азербайджанской Республики О назначении Т.Ю.Мусаева первым заместителем министра здравоохранения Азербайджанской Республики подробно...
23 апреля 2021, 20:04
Распоряжение Президента Азербайджанской Республики О возложении полномочий временного исполнения обязанностей министра здравоохранения Азербайджанской Республики подробно...
23 апреля 2021, 20:04
Распоряжение Президента Азербайджанской Республики О назначении Н.С.Ибрагимова ректором Лянкяранского государственного университета подробно...
21 апреля 2021, 20:04
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству нового здания общеобразовательной школы в городе Гаджигабул подробно...
21 апреля 2021, 20:04
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Муган-Биринджи Пашалы-Икинджи Пашалы-Шорбачы-Биринджи Удуллу-Тагылы-Икинджи Удуллу-Губалы Гаджигабульского района подробно...
19 апреля 2021, 20:04
Распоряжение Президента Азербайджанской Республики Об отзыве А.А.Магеррамова с должностей чрезвычайного и полномочного посла Азербайджанской Республики в Королевстве Испания и Княжестве Андорра, а также постоянного представителя при Всемирной туристской организации подробно...
19 апреля 2021, 20:04
Распоряжение Президента Азербайджанской Республики Об освобождении Р.А.Гасанова от должности заместителя министра иностранных дел Азербайджанской Республики подробно...
19 апреля 2021, 20:04
Распоряжение Президента Азербайджанской Республики О назначении Р.А.Гасанова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Королевстве Испания подробно...
19 апреля 2021, 20:04
Распоряжение Президента Азербайджанской Республики О назначении З.Р.Ахмедова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Королевстве Швеция подробно...
19 апреля 2021, 20:04
Распоряжение Президента Азербайджанской Республики О назначении Э.Н.Салимова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Иорданском Хашимитском Королевстве подробно...