Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 11 aprel tarixli Fərmanı ilə
təsdiq edilmişdir
Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının (dövlət taxıl fondu üçün alınan buğda istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması qaydasını tənzimləyir.
1.2. Bu Qaydanın məqsədi kənd təsərrüfatı məhsullarının istehsalını və (və ya) emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinin prosedur və prinsiplərini, həmçinin bu məhsulların dəyərinin hesablanması ilə bağlı meyarları və digər prinsipləri müyyənləşdirməkdir.
2. Əsas anlayışlar
2.0. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakılardır:
2.0.1. ərzaq məhsulları – insanın təbii və ya emal olunmuş halda istifadə etdiyi bitki və ya heyvan mənşəli qida məhsulları;
2.0.2. satınalan təşkilat – dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satınalan dövlət müəssisə və təşkilatları (idarələri);
2.0.3. tədarük və təchizat agenti – Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan, əsas məqsədi ərzaq məhsullarının istehsalçılarından və satıcılarından belə məhsulların alınmasını, tədarük edərək satınalan təşkilatlara təqdim olunmasını təmin edən hüquqi şəxs.
3. Ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması proseduru
3.1. Ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması proseduru aşağıdakı qaydada həyata keçirilir:
3.1.1. satınalan təşkilatlar növbəti il üzrə ərzaq məhsullarına tələbatları barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi formaya uyğun məlumatları hər il iyulun 1-dək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edirlər. Satınalan təşkilatlar tərəfindən növbəti il üzrə ərzaq məhsullarına tələbatlar həmin satınalan təşkilatlara bu məqsədlər üçün dövlət büdcəsindən ayrılmış vəsaitlər nəzərə alınmaqla müəyyən edilir;
3.1.2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiymətləri və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi) barədə elanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi formada hər il avqustun 1-dək elektron portalda yerləşdirir;
3.1.3. satınalma qiymətləri elanın yerləşdirildiyi vaxt üçün ərzaq məhsullarının topdansatış bazar qiymətlərindən aşağı olmamalıdır. Ərzaq məhsullarının hər bir növü üzrə satınalma qiymətini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi müəyyən edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi rübdə bir dəfədən az olmayaraq ərzaq məhsullarının hər bir növü üzrə topdansatış bazar qiymətlərini müəyyən etmək üçün araşdırmalar aparırlar. Məhsulların qiyməti sonradan dəyişdikdə qiymətlərə yenidən baxılır;
3.1.4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi hər il sentyabrın 1-dək satın alınması nəzərdə tutulan ərzaq məhsullarının hər növü üzrə yerli istehsalçıların istehsal potensialı və onlar barədə məlumatları özünün rayon və şəhər idarələri vasitəsilə toplayır və elektron portalda yerləşdirir. Satın alınması nəzərdə tutulan ərzaq məhsulunu satmaq arzusunda olan istehsalçı öz adını elektron portalda aşkar etmədikdə, o, özü fərdi qaydada Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilər. Müraciət edildiyi halda həmin istehsalçı ilə bağlı məlumatlar dərhal elektron portala əlavə edilməli və müraciət edən şəxsə bu barədə məlumat verilməlidir. Ərzaq məhsullarının istehsalçıları həmin məhsulları təqdim etmək niyyəti (öz istəyi ilə təklif etdiyi qiymət) barədə hər il sentyabrın 1-dək bilavasitə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə məlumat verir və nazirlik 2 (iki) iş günü müddətində həmin satıcının adı və təklif etdiyi məhsullar barədə məlumatı (qiymət təklif edildiyi halda qiyməti də) elektron portalda yerləşdirir;
3.1.5. tədarük və təchizat agenti elektron portalda yerləşdirilən istehsalçıların fəaliyyətinin monitorinqini aparmaq və onlardan istehsal imkanları barədə yazılı və şifahi məlumatlar almaq hüququna malikdir. Tədarük və təchizat agenti istehsalçının elektron portalda yerləşdirilən istehsal həcmini təmin etmək imkanında olmaması barədə əsaslı faktlar əldə etdikdə, elektron portalda olan məlumatlarda düzəliş edilməsi üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və həmin istehsalçıya müraciət edir;
3.1.6. ərzaq məhsullarının alınmasına dair bu Qaydanın 3.1.2-ci yarımbəndi ilə müəyyən edilən elanın şərtlərinə uyğun gələn təklif həmin məhsullara tələbatdan çox olmadıqda, bütün iştirakçıların təklifləri qəbul edilir;
3.1.7. ərzaq məhsullarının alınmasına dair bu Qaydanın 3.1.2-ci yarımbəndi ilə müəyyən edilən elanın şərtlərinə uyğun gələn təklif həmin məhsullara tələbatdan çox olduqda yerli istehsalçılara üstünlük verilir;
3.1.8 ərzaq məhsullarının alınmasına dair bu Qaydanın 3.1.2-ci yarımbəndi ilə müəyyən edilən elanın şərtlərinə uyğun gələn təklif həmin məhsullara tələbatdan az olduqda, tədarük və təchizat agenti tələbatın təklifdən artıq hissəsini bu Qaydanın 3.1.3-cü yarımbəndində müəyyən edilmiş qiymətlər çərçivəsində digər şəxslərdən ala bilər, bu mümkün olmadıqda isə özü idxal edə bilər.
3.2. Tədarük və təchizat agenti ilə ərzaq məhsullarının istehsalçıları və satıcıları arasında hər il oktyabrın 1-dək növbəti il üçün müqavilə bağlanır.
3.3. Növbəti il üçün ərzaq məhsullarına dair tələbat müəyyən olunduqdan sonra satınalan təşkilatlar üzrə həmin məhsulların dəyərinin 25 faizindən az olmamaqla satınalan təşkilatlara avans məbləğinin ayrılması barədə oktyabrın 5-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin müəyyən etdiyi formada Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat verir.
3.4. Satınalan təşkilatlar imzalanmış müqavilənin bir nüsxəsini və avans məbləğinin ödəniş tapşırığını dövlət xəzinədarlıq orqanlarına hər il oktyabr ayının 5-dək təqdim edirlər. Qeyd olunan sənədlər dövlət xəzinədarlıq orqanlarına elektron qaydada da təqdim oluna bilər. Dövlət xəzinədarlıq orqanları hər il oktyabrın 10-dək avans məbləğini satınalan təşkilatların hesabına köçürürlər.
3.5. Satınalan təşkilatlar növbəti ildə alınacaq ərzaq məhsulları üçün ayrılmış vəsaitləri cari ilin oktyabrın 20-dək tədarük və təchizat agentinin hesabına köçürürlər.
3.6. Tədarük və təchizat agentinin aşağıdakı öhdəlikləri vardır:
3.6.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin elektron portalında göstərilən ərzaq məhsullarının istehsalçıları və ya satıcıları ilə növbəti il üçün cari ilin oktyabr ayının 1-dək müqavilələrin bağlanılması;
3.6.2. satınalan təşkilatlarla növbəti il üçün cari ilin oktyabr ayının 1-dək müvafiq müqavilələrin bağlanılması;
3.6.3. növbəti ildə təqdim ediləcək ərzaq məhsullarının istehsalçılarına və ya satıcılarına bu Qaydanın 3.1.3-cü yarımbəndində müəyyən edilmiş qiymətlərə uyğun olaraq həmin məhsulların (emal olunmuş ərzaq məhsulları istisna olmaqla) dəyərinin 25 faizinin oktyabrın 30-dək avans qismində ödənilməsi;
3.6.4. ərzaq məhsullarının satıcılardan qəbul edilməsi, satınalan təşkilata təqdim edilənədək saxlanması və həmin təşkilatlarla bağlanılmış müqavilədə müəyyən edilən qaydada topdansatış şərtlərlə təhvil verilməsi;
3.6.5. müqavilə şərtlərinə uyğun məhsulların satınalan təşkilatlara təqdim edilməsi;
3.6.6. ay ərzində alınmış ərzaq məhsullarının dəyərinin (avans qismində ödənilmiş məbləğ nəzərə alınmaqla) növbəti ayın 5-dək istehsalçılara və satıcılara ödənilməsi;
3.6.7. tədarük olunan ərzaq məhsullarının korlanma və məhv olmadan sığortalanması.
3.7. Tədarük və təchizat agentinin istehsalçılardan və ya satıcılardan aldığı ərzaq məhsullarının bu Qaydanın 3.1.3-cü yarımbəndinə uyğun müəyyən edilmiş qiymətlərinə və ya bu Qaydanın 3.1.8-ci yarımbəndinə uyğun olan faktiki idxal qiymətlərinə (idxal rüsumları nəzərə alınmaqla) tətbiq edilən ticarət əlavəsi 20%-dən çox ola bilməz.
3.8. Satınalan təşkilatlarla tədarük və təchizat agenti arasında bağlanılan müqaviləyə ərzaq məhsullarının tədarük və təchizat agentinin anbarlarından təhvilverilmə cədvəli əlavə olunmalıdır və təhvil dövriliyi (istifadə müddəti bir aydan az olan məhsullar və müqavilədə başqa cür razılaşdırılan hallar istisna olmaqla) ayda bir dəfədən çox olmamalıdır. Həmin cədvəl üzrə tədarük və təchizat agenti tərəfindən satınalan təşkilatlara ərzaq məhsullarının təhvili müqabilində satınalan təşkilatlar məhsulların təhvilverilmə tarixindən ən geci sonrakı təqvim ayının 10-dək təhvil alınmış məhsulun dəyərinin aşağıda göstərilən düstura uyğun olaraq, avans ödənişi nəzərə alınmaqla tədarük və təchizat agentinə ödənilməsini təmin edir:
ÖM = ƏD+TƏ - AV
ÖM – ödənilən məbləğ,
ƏD – təhvil alınmış ərzaq məhsullarının dəyəri,
TƏ – ticarət əlavəsinin məbləği,
AV – avans məbləğinin xüsusi çəkisi.
3.9. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə tədarük və təchizat agenti arasında, satınalan təşkilatlarla tədarük və təchizat agenti arasında və tədarük və təchizat agenti ilə ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan müqavilələrin nümunəvi formaları Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.
4. Yekun müddəalar
4.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə tədarük və təchizat agenti arasında bağlanılmış müqavilənin surətini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi 5 iş günü müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.
4.2. Bu Qaydanın tələblərinə uyğun olaraq satınalan təşkilatlarla tədarük və təchizat agenti arasında, tədarük və təchizat agenti ilə ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan müqavilələr barədə məlumat tədarük və təchizat agenti Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi formada oktyabrın 10-dək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.
4.3. Bu Qaydanın 3.3-cü bəndində nəzərdə tutulan avans məbləği, həmin məbləğin tədarük və təchizat agentinə ödənilməsi müddətləri və şərtləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin birgə razılığı ilə dəyişdirilə bilər.
12 апреля 2016, 09:04
18 августа 2021, 14:08
Распоряжение Президента Азербайджанской Республики О награждении А.А.Асланова орденом «За службу Отечеству» 1-й степени подробно...
13 августа 2021, 09:08
Распоряжение Президента Азербайджанской Республики О награждении членов Национальной олимпийской команды Азербайджана «Почетным дипломом Президента Азербайджанской Республики» подробно...
13 августа 2021, 09:08
Распоряжение Президента Азербайджанской Республики О награждении членов Национальной олимпийской команды Азербайджана подробно...
13 августа 2021, 09:08
Распоряжение Президента Азербайджанской Республики Об установлении вознаграждения для спортсменов Азербайджанской Республики и их тренеров за высокие результаты на XXXII Летних Олимпийских играх в городе Токио Японии подробно...
13 августа 2021, 09:08
Распоряжение Президента Национального Олимпийского Комитета Азербайджанской Республики «Об установлении вознаграждения для спортсменов Азербайджанской Республики и их тренеров за самые высокие результаты на проведенных в японском городе Токио XXXII Летних Олимпийских играх» подробно...
10 августа 2021, 15:08
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению обеспечения посевных площадей в Балакенском, Гахском, Шекинском и Загатальском районах оросительной водой и удовлетворению потребностей населения в питьевой воде подробно...
9 августа 2021, 14:08
Распоряжение Президента Азербайджанской Республики Об освобождении Г.Г.Ибрагимова от должности главы Исполнительной власти Садаракского района Нахчыванской Автономной Республики подробно...
6 августа 2021, 12:08
Распоряжение Президента Азербайджанской Республики О награждении Р.Г.Ахундовой орденом «Шохрат» подробно...
6 августа 2021, 08:08
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Гандоб-Хачмаз-Ялама-государственная граница с Российской Федерацией (6 км)-Падар Шабранского района подробно...
5 августа 2021, 09:08
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по проведению ремонтно-строительных работ в учебных заведениях, пострадавших в результате агрессии, развязанной с 27 сентября 2020 года вооруженными силами Республики Армения против территории Азербайджанской Республики подробно...