“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1386-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 701 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 44; 2002, № 8, maddə 478; 2006, № 8, maddə 677, № 12, maddə 1034; 2007, № 3, maddə 226; 2009, № 6, maddə 414; 2011, № 11, maddə 1009) 2-ci hissəsinin yeddinci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda səkkizinci bənd əlavə edilsin:
“həmin Məcəllənin 355-5.1-ci və 355-7.6-cı maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 mart 2016-cı il.
18 марта 2016, 09:0318 февраля 2014, 10:02
Промышленное производство в Азербайджане в январе рухнуло на 4% год к году подробно...
18 февраля 2014, 09:02
90-летие народного артиста Т.Ахмедова отметят на государственном уровне подробно...
18 февраля 2014, 09:02
Распоряжение Президента Азербайджанской Республики подробно...
17 февраля 2014, 12:02
Министр туризма Азербайджана озадачил участников рынка подробно...
17 февраля 2014, 09:02
Об утверждении «Концепции культуры Азербайджанской Республики» подробно...
17 февраля 2014, 09:02
О награждении орденом «Истиглал» А.М.Пашаева подробно...
17 февраля 2014, 09:02
О назначении С.Д.Джафарова председателем Закрытого акционерного общества «Азербайджанский комплекс по производству стали» подробно...
14 февраля 2014, 15:02
ЦБ Азербайджана: активизация кредитования реального сектора может потребовать законодательных поправок подробно...
14 февраля 2014, 10:02
«Справедливость к Ходжалы» получила государственное финансирование подробно...
14 февраля 2014, 09:02
О 100-летнем юбилее Лютфали Абдуллаева подробно...