“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan iqtisadiyyatı son illərdə sürətlə inkişaf etmiş, aparılan iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası qeyri-neft sektorunun inkişafını təmin etmiş, bu sahədə əhəmiyyətli irəliləyişlərə imkan yaratmışdır.

 

Hazırda dünyada gedən siyasi və iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını təmin etmək, insan kapitalından səmərəli istifadə etmək kimi prioritetlərin ön plana çəkilməsini zəruri edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, həyata keçirilmiş iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərin təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədi ilə qərara alıram:

1. “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq edilsin (əlavə olunur).

2. “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nə müvafiq olaraq inkişaf planlarının işlənilməsi məqsədi ilə aşağıdakı tərkibdə İşçi qrupu yaradılsın:

 

İşçi qrupunun rəhbəri

Natiq Əmirov – Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi.

 

İşçi qrupunun üzvləri:

İlqar Fətizadə – Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

Sevinc Həsənova – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Alim Quliyev – Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin birinci müavini

Vilayət Vəliyev – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin İqtisadi islahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru

Ədalət Muradov – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru

Emin Hüseynov – ADA Universitetinin prorektoru

 

3. İşçi qrupuna tapşırılsın ki, bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” nəzərə alınmaqla, aşağıdakı layihələri altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

3.1. 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasının və tədbirlər planının layihəsini;

3.2. 2025-ci ilədək dövr üçün uzunmüddətli baxışın layihəsini;

3.3. 2025-ci ildən sonrakı dövrə hədəf baxışın layihəsini.

4. Müəyyən edilsin ki:

4.1. bu Sərəncamın 3.1-3.3-cü yarımbəndlərində nəzərdə tutulmuş layihələrin hazırlanması işinə İşçi qrupu tərəfindən yerli və xarici ekspertlər, mütəxəssislər, məsləhətçi şirkətlər və elmi təşkilatlar cəlb oluna bilər;

4.2. bu Sərəncamın 3.1-3.3-cü yarımbəndlərində nəzərdə tutulmuş layihələrin hazırlanması ilə əlaqədar Azərbaycan Respublikasına dəvət edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrindən viza ala bilərlər;

 

4.3. bu Sərəncamın 2-ci hissəsinə uyğun olaraq yaradılan İşçi qrupunun dəvət məktubu bu Sərəncamın 4.2-ci bəndində nəzərdə tutulmuş viza verilməsi üçün əsas hesab edilsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və aidiyyəti dövlət qurumlarının rəhbərlərinə tapşırılsın ki, İşçi qrupunun müraciəti əsasında lazımi məlumatların və sənədlərin təqdim olunmasını, habelə İşçi qrupunun fəaliyyətində nümayəndələrinin iştirakını təmin etsinlər.

6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 mart 2016-cı il.

17 марта 2016, 09:03

http://www.azertag.net

3261—3270 из 3607

15 мая 2014, 09:05

Об укреплении материально-технической базы Азербайджанской национальной консерватории   подробно...

15 мая 2014, 09:05

Об отмене Распоряжения Президента Азербайджанской Республики от 24 мая 2007 года номер 2199 «Об учреждении профессионального праздника «День мелиоратора»   подробно...

15 мая 2014, 09:05

Об учреждении профессионального праздника «День работников водного хозяйства и мелиорации»   подробно...

14 мая 2014, 18:05

Азербайджан разрабатывает Стратегию занятости на 2014–2017 годы   подробно...

14 мая 2014, 16:05

Азербайджан выдвинул предложения по сотрудничеству с арабским миром и Центральной Азией   подробно...

14 мая 2014, 11:05

Правительство поддержало идею создания комбинированного туристического маршрута Азербайджан–Грузия–Турция   подробно...

14 мая 2014, 09:05

Министерство образования Азербайджана дифференцирует систему высшего образования   подробно...

13 мая 2014, 17:05

Налогооблагаемая база в Азербайджане расширилась на 26580 налогоплательщиков   подробно...

13 мая 2014, 17:05

В январе–апреле в Азербайджане было собрано 37,3% запланированных на 2014 год налогов   подробно...

13 мая 2014, 16:05

В Азербайджане лицензии на оказание туристических услуг будут выдаваться только при наличии экспертного заключения AzTa   подробно...