“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

 

Maddə 1. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 72; 2013, № 7, maddə 789; 2014, № 10, maddə 1160) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.0.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 1.0.6-cı maddə əlavə edilsin:

“1.0.6. Maliyyə bazarlarına nəzarət orqanı – maliyyə bazarlarında tənzimləmə və nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum.”.

1.2. 2.1-ci maddədə “Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra — Mərkəzi Bank)” sözlərindən sonra “və maliyyə bazarlarına nəzarət orqanının” sözləri əlavə edilsin.

1.3. 2.1-ci və 18.7.1-ci maddələr istisna olmaqla, mətn üzrə ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilsin.

1.4. 15.3-cü maddədə “aidiyyəti dövlət orqanından” sözləri “müvafiq” sözü ilə əvəz edilsin.

1.5. 20.1-ci maddədə “qanunvericilik aktlarına” sözləri “normativ hüquqi və normativ xarakterli aktlara” sözləri ilə əvəz edilsin.

1.6. 25.1.4-cü maddədə “Mərkəzi Bankın” sözlərindən əvvəl “maliyyə bazarlarına nəzarət orqanının və ya” sözləri əlavə edilsin.

1.7. Aşağıdakı məzmunda 25.1-1-ci maddə əlavə edilsin:

“25.1-1. Bu Qanunun 25.1.4-cü maddəsində göstərilən əsas olduqda, səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə Mərkəzi Bank lisenziyanın və ya icazənin ləğv edilməsi üçün maliyyə bazarlarına nəzarət orqanına əsaslandırılmış yazılı müraciət edir.”.

1.8. Aşağıdakı məzmunda 25-1-ci maddə əlavə edilsin:

“Maddə 25-1. Maliyyə bazarlarına nəzarət orqanına ödənilən haqlar

Bank olmayan kredit təşkilatları maliyyə bazarlarına nəzarət orqanına həmin orqan tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyirlər.”.

Maddə 2. Bu Qanun qüvvəyə mindiyi tarixədək bank olmayan kredit təşkilatlarının fəaliyyətinə verilmiş lisenziyalar, habelə həmin fəaliyyətdən irəli gələrək verilmiş icazələr qanunla müəyyən edilmiş hallarda ləğv edilənədək öz qüvvəsini saxlayır və onların yenidən rəsmiləşdirilməsi tələb olunmur.

Maddə 3. Maliyyə bazarlarına nəzarət haqqında müvafiq qanun qəbul edilənədək bank olmayan kredit təşkilatlarında bank fəaliyyətinin yoxlanılması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilən qaydada aparılır.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 mart 2016-cı il.

11 марта 2016, 10:03

http://www.azertag.net

2211—2220 из 3607

20 июня 2016, 09:06

О награждении сотрудников Азербайджанского университета архитектуры и строительства медалью «Терегги»   подробно...

20 июня 2016, 09:06

О награждении Г.Г.Мамедовой «Почетным дипломом Президента Азербайджанской Республики»   подробно...

20 июня 2016, 09:06

Об утверждении состава Совместной экономической, торговой и технической комиссии между Правительством Азербайджанской Республики и Правительством Государства Катар со стороны Азербайджанской Республики   подробно...

17 июня 2016, 09:06

О присвоении почетных званий работникам здравоохранения Азербайджанской Республики   подробно...

17 июня 2016, 09:06

О награждении С.Г.Габибова «Почетным дипломом Президента Азербайджанской Республики»   подробно...

17 июня 2016, 09:06

О награждении работников здравоохранения Азербайджанской Республики медалью «Терегги»   подробно...

17 июня 2016, 09:06

О дополнительных мерах по строительству автомобильной дороги Аскерабад-Муган Билясуварского района   подробно...

17 июня 2016, 09:06

О назначении А.А. Назарли главой Исполнительной власти Лачинского района   подробно...

14 июня 2016, 09:06

О создании Масаллинского промышленного квартала   подробно...

14 июня 2016, 09:06

О присуждении специальной стипендии молодым талантам   подробно...