“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 153-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 153-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 mart 2016-cı il.
11 марта 2016, 09:0322 сентября 2016, 09:09
О награждении членов Национальной паралимпийской команды Азербайджана подробно...
21 сентября 2016, 09:09
Об утверждении «Государственной программы реализации Национальной стратегии по развитию информационного общества в Азербайджанской Республике на 2016-2020 годы» подробно...
20 сентября 2016, 10:09
О дополнительных мерах по капитальному ремонту многоквартирных зданий в городе Сабирабад подробно...
20 сентября 2016, 10:09
О присвоении почетных званий деятелям культуры Азербайджанской Республики подробно...
20 сентября 2016, 10:09
О предоставлении персональных пенсий Президента Азербайджанской Республики деятелям культуры Азербайджана подробно...
20 сентября 2016, 10:09
О награждении работников нефтяной промышленности Азербайджанской Республики подробно...
20 сентября 2016, 10:09
О предоставлении персональной пенсии Президента Азербайджанской Республики подробно...
20 сентября 2016, 10:09
О присвоении почетного звания «Заслуженный инженер» работникам нефтяной промышленности Азербайджанской Республики подробно...
19 сентября 2016, 09:09
О создании Пираллахинского промышленного парка подробно...
19 сентября 2016, 09:09
О награждении А.Юсиф гызы орденом «Шохрат» подробно...