“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

 

Maddə 1. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 813) aşağıdakı dəyişikliklər edilsin:

1.1. preambuladan “dövlət və ictimai” sözləri çıxarılsın;

1.2. mətn üzrə ismin müvafiq hallarında “dövlət tənzimlənməsi və nəzarəti” sözləri ismin müvafiq hallarında “tənzimlənmə və nəzarət” sözləri ilə əvəz edilsin;

1.3. 1.0.11-ci maddədən “dövlət” sözü çıxarılsın;

1.4. 1.0.16-cı maddə ləğv edilsin;

1.5. 1.0.22-ci maddə aşağıdakı redaksiyada verilsin:

“1.0.22. maliyyə bazarlarına nəzarət orqanı - maliyyə bazarlarında tənzimlənmə və nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum;”;

1.6. mətn üzrə ismin müvafiq hallarında “nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilsin;

1.7. 2.1-ci maddədə “aktları,” sözündən sonra “maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları,” sözləri əlavə edilsin;

1.8. 3.6-cı, 16.16.4-cü, 62.3-cü və 89.1.2-ci maddələr istisna olmaqla, mətn üzrə ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanı” sözləri ismin müvafiq hallarında “maliyyə bazarlarında nəzarət orqanı” sözləri ilə əvəz edilsin;

1.9. 5.5.4-cü maddədə “olmadıqda” sözü “olduqda” sözü ilə əvəz edilsin;

1.10. 19.6.4-cü maddədən “və ya maliyyə monitorinqi orqanının” sözləri çıxarılsın;

1.11. 28.2-ci maddədən “, maliyyə monitorinqi orqanının” sözləri çıxarılsın;

1.12. 30.5-ci maddədə “dövlət” sözü “ümumdövlət” sözü ilə əvəz edilsin;

1.13. 62.10-cu, 67.3-cü və 69.3-cü maddələrin birinci cümlələrindən “digər” sözü çıxarılsın, həmin maddələrin ikinci cümlələrində ismin müvafiq hallarında “tələb” sözü “sorğu” sözü ilə əvəz edilsin;

1.14. 75.3.1-ci maddəyə “hesabatları” sözündən sonra “və onun yoxlanılması üzrə kənar auditor rəyi” sözləri əlavə edilsin;

1.15. 76.2.3-cü maddə 76.2.2-ci maddə hesab edilsin;

1.16. 78.7.1-ci maddədə “və ya digər dövlət orqanlarının” sözləri “, maliyyə bazarlarına nəzarət orqanının və ya digər orqanların” sözləri ilə əvəz edilsin;

1.17. 83.0.5-ci maddədə “hüquqi” sözü “xarakterli” sözü ilə əvəz edilsin;

1.18. 85-ci, 86.1-ci, 86.2.1-ci və 86.2.2-ci maddələrdə ismin müvafiq hallarında “qanunvericilik aktları” sözləri ismin müvafiq hallarında “normativ hüquqi və normativ xarakterli aktlar” sözləri ilə əvəz edilsin;

1.19. 87-ci maddədə “Dövlət tənzimlənməsi” sözləri “Tənzimlənmə” sözü ilə əvəz edilsin;

1.20. 89-cu maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 89. Maliyyə bazarlarına nəzarət orqanına ödənilən haqlar

Qiymətli kağızlar bazarında fəaliyyəti lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar maliyyə bazarlarına nəzarət orqanına onun müəyyən etdiyi məbləğdə və qaydada haqlar ödəyir.”.

Maddə 2. Bu Qanun qüvvəyə mindiyi tarixədək qiymətli kağızlar bazarında lisenziyalaşdırılmış fəaliyyətə verilmiş lisenziyalar, habelə həmin fəaliyyətdən irəli gələrək verilmiş icazələr qanunla müəyyən edilmiş hallarda ləğv edilənədək öz qüvvəsini saxlayır və onların yenidən rəsmiləşdirilməsi tələb olunmur.

Maddə 3. Maliyyə bazarlarına nəzarət haqqında müvafiq qanun qəbul edilənədək qiymətli kağızlar bazarında lisenziyalaşdırılmış fəaliyyətin yoxlanılması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilən qaydada aparılır.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 mart 2016-cı il.

10 марта 2016, 10:03

http://www.azertag.net

1681—1690 из 3607

30 октября 2017, 05:10

О награждении М.Дж.Гасымлы орденом «Шохрат»   подробно...

30 октября 2017, 05:10

О награждении Р.Дж.Абдуллаева орденом «Истиглал»   подробно...

27 октября 2017, 05:10

О дополнительных мерах по обеспечению потребителей водоизмерительными приборами   подробно...

26 октября 2017, 09:10

О мерах по строительству автомобильной дороги Делимамедли-Муздурлар-Гырыглы Геранбойского района   подробно...

25 октября 2017, 09:10

О проведении 135-летнего юбилея великого азербайджанского поэта и драматурга Гусейна Джавида   подробно...

25 октября 2017, 09:10

О дополнительных мерах по продолжению проекта реконструкции систем водоснабжения и канализации города Лянкяран   подробно...

24 октября 2017, 09:10

О мерах по строительству автомобильной дороги Шеки-Киш города Шеки   подробно...

20 октября 2017, 09:10

О присвоении Х.Т.Оруджеву высшего воинского звания генерал-майора   подробно...

23 октября 2017, 09:10

О награждении азербайджанских энергетиков медалью «Терегги»   подробно...

23 октября 2017, 09:10

О присвоении почетных званий группе энергетиков Азербайджана   подробно...