“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 139-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 139-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 mart 2016-cı il.
10 марта 2016, 10:038 февраля 2016, 09:02
О присвоении Ф.Н.Алекберову высшего воинского звания генерал-майора подробно...
8 февраля 2016, 09:02
Состав Апелляционного совета при Президенте Азербайджанской Республики подробно...
8 февраля 2016, 09:02
О создании Апелляционного совета при Президенте Азербайджанской Республики подробно...
8 февраля 2016, 09:02
О создании юридического лица публичного права – Палаты по контролю за финансовыми рынками Азербайджанской Республики подробно...
2 февраля 2016, 09:02
О награждении медалью «Терегги» сотрудников Государственного комитета Азербайджанской Республики по проблемам семьи, женщин и детей подробно...
2 февраля 2016, 09:02
Об избрании новых членов комитетов Милли Меджлиса Азербайджанской Республики подробно...
1 февраля 2016, 09:02
О предоставлении Президентских премий для молодежи за 2016 год подробно...
1 февраля 2016, 09:02
О награждении сотрудников Государственного таможенного комитета Азербайджанской Республики подробно...
1 февраля 2016, 09:02
О награждении азербайджанской молодежи «Почетным дипломом Президента Азербайджанской Республики» подробно...
29 января 2016, 09:01
О награждении деятелей культуры Азербайджанской Республики подробно...