“Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 iyun tarixli 847 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 iyun tarixli 847 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 506) aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:

“2-1. Cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin:

2-1.1. Azərbaycan Respublikasının Prezidentinə:

2-1.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi;

2-1.1.2. Cəmiyyətin sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi.

2-1.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

2-1.2.1. Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

2-1.2.2. Cəmiyyətin inkişafı strategiyasının müəyyən edilməsi;

2-1.2.3. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

2-1.2.4. Cəmiyyətin sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

2-1.2.5. Cəmiyyətin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;

2-1.2.6. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;

2-1.2.7. bu Sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

2-1.3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:

2-1.3.1. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 26 fevral 2016-cı il.

29 февраля 2016, 10:02

http://www.azertag.net

2261—2270 из 3607

13 мая 2016, 09:05

О дополнительных мерах по продолжению реконструкции на внутренних автомобильных дорогах Низаминского района города Баку   подробно...

10 мая 2016, 09:05

О назначении Р.А.Агаева судьей Ширванского апелляционного суда   подробно...

10 мая 2016, 09:05

О назначении судей Верховного суда Азербайджанской Республики   подробно...

10 мая 2016, 09:05

О дополнительных мерах по повышению государственной заботы о ветеранах войны в Азербайджанской Республике   подробно...

10 мая 2016, 09:05

О предоставлении деятелям искусств премий Президента Азербайджанской Республики   подробно...

10 мая 2016, 09:05

О предоставлении персональных пенсий Президента Азербайджанской Республики деятелям культуры Азербайджана   подробно...

10 мая 2016, 09:05

О назначении А.А.Мамедова директором Государственной администрации гражданской авиации Азербайджанской Республики   подробно...

10 мая 2016, 09:05

О мерах по строительству Геранбойской районной центральной больницы   подробно...

6 мая 2016, 09:05

О создании Открытого акционерного общества «Азерхалча»   подробно...

6 мая 2016, 09:05

Об освобождении Ю.А.Мамедова от должности ректора Азербайджанского государственного педагогического университета   подробно...