“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 1047 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1283-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 1047 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 179) 3.2.6-cı yarımbəndində “bağlanmasına razılıq verilməsi” sözləri “, eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi” sözləri ilə əvəz olunsun.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 fevral 2016-cı il.
29 февраля 2016, 10:0213 марта 2017, 09:03
О награждении военнослужащих Внутренних войск Министерства внутренних дел Азербайджанской Республики подробно...
13 марта 2017, 09:03
О награждении А.А.Гусейнова орденом «За службу Отечеству» 2-й степени подробно...
10 марта 2017, 10:03
О присвоении почетных званий театральным деятелям Азербайджанской Республики подробно...
9 марта 2017, 09:03
О назначении А.Г.Бабаева членом Правления Центрального банка Азербайджанской Республики подробно...
9 марта 2017, 09:03
О назначении В.А.Хубанова членом Правления Центрального банка Азербайджанской Республики подробно...
9 марта 2017, 09:03
О назначении А.С. Гулиева членом Правления Центрального банка Азербайджанской Республики подробно...
9 марта 2017, 09:03
Об избрании члена комитета Милли Меджлиса Азербайджанской Республики подробно...
7 марта 2017, 09:03
О награждении Л.Е.Рейхрудель орденом «Шохрат» подробно...
7 марта 2017, 09:03
Поздравление азербайджанским женщинам по случаю 8 марта – Международного женского дня подробно...
7 марта 2017, 09:03
О присвоении Т.М.Муталлимову почетного звания «Заслуженный деятель науки» подробно...