“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 1 fevral tarixli 122-VQD nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 1 fevral tarixli 122-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 26 fevral 2016-cı il.

29 февраля 2016, 09:02

http://www.azertag.net

3361—3370 из 3607

4 апреля 2014, 16:04

О награждении орденом «Шараф» Ш.Г.Ханбабаева   подробно...

4 апреля 2014, 15:04

Введён запрет на любую деятельность в 3 километрах от побережья Каспийского моря   подробно...

4 апреля 2014, 11:04

Азербайджан информировал ILO о прогрессе с развитием достойного труда   подробно...

4 апреля 2014, 08:04

О проведении 100-летнего юбилея Барат Шекинской   подробно...

4 апреля 2014, 08:04

О награждении орденом «Достлуг» А.С.Дзасохова   подробно...

3 апреля 2014, 11:04

Счётная палата готова выступить с ежегодным отчётом   подробно...

3 апреля 2014, 10:04

Проездной документ для иностранцев и лиц без гражданства введён в Азербайджане для их безвизового въезда в страну   подробно...

3 апреля 2014, 10:04

О назначении Э.Д.Сеидова судьей Бакинского суда по тяжким преступлениям   подробно...

3 апреля 2014, 10:04

Об утверждении «Национальной стратегии по развитию информационного общества в Азербайджанской Республике на 2014-2020 годы»   подробно...

3 апреля 2014, 10:04

О дополнительных мерах по строительству автомобильной дороги Алатемир-Марсан-Тасмалы-Зейем-Лелели Гахского района   подробно...