“Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 74-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 74-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 fevral 2016-cı il.
17 февраля 2016, 10:0210 апреля 2018, 08:04
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению обеспечения населения питьевой водой подробно...
10 апреля 2018, 08:04
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по поддержке деятельности Фонда молодежи Азербайджанской Республики подробно...
9 апреля 2018, 08:04
Распоряжение Президента Азербайджанской Республики О награждении С.М.Мусаева «Почетным дипломом Президента Азербайджанской Республики» подробно...
9 апреля 2018, 08:04
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по строительству Олимпийского спортивного комплекса в городе Лянкяран подробно...
9 апреля 2018, 08:04
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению водоснабжения города Лерик подробно...
9 апреля 2018, 08:04
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по строительству Шамкирской районной центральной больницы подробно...
9 апреля 2018, 08:04
Распоряжение Президента Азербайджанской Республики О мерах по развитию инфраструктуры образования в Агдашском и Бардинском районах подробно...
6 апреля 2018, 08:04
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Ширван-Сальян подробно...
6 апреля 2018, 08:04
Распоряжение Президента Азербайджанской Республики О мерах по развитию инфраструктуры образования в Агстафинском, Дашкесанском, Гядабейском, Гейгельском, Товузском и Шамкирском районах подробно...
5 апреля 2018, 08:04
Распоряжение Президента Азербайджанской Республики О предоставлении K.K.Xaсиевой персональной пенсии Президента Азербайджанской Республики подробно...