Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

 

Maddə 1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4, I kitab, maddə 250, № 5, maddə 323; 2002, № 12, maddə 709; 2003, № 8, maddə 420; 2004, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006, № 2, maddə 68, № 3, maddə 225, № 5, maddə 387, № 6, maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007, № 2, maddə 80, № 6, maddə 560, № 8, maddə 745, № 10, maddə 937, № 11, maddə 1053, № 12, maddələr 1215, 1219; 2008, № 3, maddə 145, № 6, maddə 456, № 7, maddə 602, № 12, maddə 1049; 2009, № 2, maddə 47, № 5, maddə 295, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4, maddələr 265, 266, 276; 2011, № 2, maddə 71, № 7, maddə 586, № 8, maddə 750, № 12, maddələr 1073, 1102; 2012, № 1, maddə 5, № 5, maddə 403, № 6, maddə 498; 2013, № 1, maddə 15, № 6, maddə 620, № 11, maddə 1280, № 12, maddələr 1469, 1478; 2014, № 2, maddə 96, № 7, maddə 768; 2015, № 3, maddə 254, №5, maddə 512, № 7, maddə 814) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 900.1.2-ci maddədə “soyadı” sözündən sonra vergül işarəsi qoyulsun, birinci halda “və” sözü çıxarılsın, “atasının adı” sözlərindən sonra “, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda həmçinin VÖEN-i” sözləri əlavə edilsin.

1.2. 900.1.3-cü maddədə “tarixi” sözündən sonra “, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda həmçinin VÖEN-i” sözləri əlavə edilsin.

1.3. 900.1.4-cü maddədə “atasının adı” sözlərindən sonra vergül işarəsi qoyulsun, birinci halda “və” sözü çıxarılsın, “tarixi” sözündən sonra “, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda həmçinin VÖEN-i” sözləri əlavə edilsin.

1.4. 902.1.2-ci maddədə “soyadı” sözündən sonra vergül işarəsi qoyulsun, birinci halda “və” sözü çıxarılsın, “atasının adı” sözlərindən sonra “, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda həmçinin VÖEN-i” sözləri əlavə edilsin.

1.5. 902.1.3-cü maddədə “tarixi” sözündən sonra “, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda həmçinin VÖEN-i” sözləri əlavə edilsin.

1.6. 902.1.8-ci maddədə “soyadı” sözündən sonra vergül işarəsi qoyulsun, birinci halda “və” sözü çıxarılsın, “atasının adı” sözlərindən sonra “, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda həmçinin VÖEN-i” sözləri əlavə edilsin.

1.7. 941.5-ci və 941.6-cı maddələr aşağıdakı redaksiyada verilsin:

“941.5. Sığorta haqqını qəbul etmiş sığorta vasitəçisi onu qəbul etdiyi tarixdən 5 iş günü müddətində tam həcmdə müvafiq sığortaçının müvafiq bank hesabına köçürməlidir. Təkrarsığorta haqqını qəbul etmiş sığorta brokeri onu təkrarsığortaçı ilə razılaşdırılmış müddətdə və qaydada həmin təkrarsığortaçının müvafiq bank hesabına köçürməlidir. Sığorta vasitəçisi sığorta (təkrarsığorta) haqqının bu Məcəllənin 941.5-ci maddəsinin birinci və ikinci cümlələrində qeyd olunan müddətlərdə sığortaçıya (təkrarsığortaçıya) köçürülməməsinə görə hər gecikdirilmiş gün üçün köçürülməmiş məbləğin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

941.6. Sığorta brokeri ilə təkrarsığortaçı arasındakı müvafiq müqaviləyə əsasən müəyyən edilmiş komisyon muzd məbləği təkrarsığorta haqqının bu Məcəllənin 941.5-ci maddəsində nəzərdə tutulmuş qaydada köçürülməsi zamanı, təkrarsığorta haqqından çıxıla bilər.”.

Maddə 2. Bu Qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 dekabr 2015-ci il.

17 февраля 2016, 09:02

http://www.azertag.net

2071—2080 из 3607

7 октября 2016, 09:10

О предоставлении Н.А.Гулиеву персональной пенсии Президента Азербайджанской Республики   подробно...

7 октября 2016, 09:10

О предоставлении Р.А.Абуталыбову персональной пенсии Президента Азербайджанской Республики   подробно...

6 октября 2016, 09:10

О награждении Н.Г.Багировой орденом «За службу Отечеству» 3-й степени   подробно...

6 октября 2016, 09:10

О государственной поддержке развития табаководства в Азербайджанской Республике   подробно...

5 октября 2016, 10:10

О награждении работников образования Азербайджанской Республики медалью «Терегги»   подробно...

5 октября 2016, 10:10

О присвоении почетных званий работникам образования Азербайджанской Республики   подробно...

5 октября 2016, 10:10

О предоставлении М.Г.Гюлюмову персональной пенсии Президента Азербайджанской Республики   подробно...

5 октября 2016, 10:10

О награждении «Почетным дипломом Президента Азербайджанской Республики» лиц, имеющих заслуги в социально-экономическом развитии города Сумгайыт   подробно...

5 октября 2016, 10:10

О награждении лиц, имеющих заслуги в социально-экономическом развитии города Сумгайыт   подробно...

5 октября 2016, 10:10

О присвоении почетных званий лицам, имеющим заслуги в социально-экономическом и культурном развитии города Сумгайыт   подробно...