Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işçilərinin say həddini bir ay müddətində müəyyən etsin;
3.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 fevral 2016-cı il.
17 февраля 2016, 09:0210 июля 2014, 09:07
О награждении орденом «Шараф» З.И.Гаралова подробно...
10 июля 2014, 10:07
О назначении Ф.Р.Шафиева чрезвычайным и полномочным послом Азербайджанской Республики в Чешской Республике подробно...
10 июля 2014, 09:07
Об отзыве Т.Т.Тагизаде с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Чешской Республике подробно...
9 июля 2014, 17:07
Абульфас Гараев: Отели не готовы принять 5 млн. туристов подробно...
9 июля 2014, 11:07
Университет ADA: свой Сенат, Опекунский совет, экспериментальные детсады и школы подробно...
9 июля 2014, 09:07
Об утверждении «Устава Университета «АДА» подробно...
9 июля 2014, 09:07
О назначении Х.М.Пашаева ректором Университета «АДА» подробно...
9 июля 2014, 09:07
О проведении 100-летнего юбилея Гылмана Илькина подробно...
9 июля 2014, 09:07
О дополнительных мерах по строительству автомобильной дороги Джаирли-Гызылагадж-Еникенд Гейчайского района подробно...
9 июля 2014, 09:07
О присвоении Ф.Н.Азизову почетного звания «Заслуженный государственный служащий» подробно...