"Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 83-VQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 83-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

                                                                 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanılması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin öz vəzifələrini yerinə yetirməməsinin üzrlü səbəbləri barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 fevral 2016-cı il.

8 февраля 2016, 09:02

http://www.azertag.net

181—190 из 3607

5 апреля 2022, 08:04

Распоряжение Президента Азербайджанской Республики О награждении И.Г.Керимова орденом «Шохрат»   подробно...

5 апреля 2022, 08:04

Распоряжение Президента Азербайджанской Республики О награждении И.А.Наджафова орденом «Шохрат»   подробно...

5 апреля 2022, 08:04

Распоряжение Президента Азербайджанской Республики Об утверждении «Национального плана деятельности по усилению борьбы с коррупцией на 2022-2026 годы»   подробно...

4 апреля 2022, 07:04

Распоряжение Президента Азербайджанской Республики О награждении В.Г. Ахмедова «Почетным дипломом Президента Азербайджанской Республики»   подробно...

4 апреля 2022, 07:04

Закон Азербайджанской Республики О внесении частичного изменения в административно-территориальное деление города Гянджа   подробно...

18 марта 2022, 13:03

Распоряжение Президента Азербайджанской Республики О выделении финансовой помощи Федерации борьбы Азербайджана   подробно...

15 марта 2022, 11:03

Распоряжение Президента Азербайджанской Республики О награждении В.И.Мамишова орденом «Достлуг»   подробно...

14 марта 2022, 18:03

Распоряжение Президента Азербайджанской Республики О проведении 190-летия Хуршидбану Натаван   подробно...

9 марта 2022, 14:03

Распоряжение Президента Азербайджанской Республики О награждении Д.К.Касеинова «Почетным дипломом Президента Азербайджанской Республики»   подробно...

7 марта 2022, 16:03

Распоряжение Президента Азербайджанской Республики О награждении азербайджанских женщин медалью "Терегги"   подробно...