"Polis haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 85-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Polis haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 85-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Polis haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Polis haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 fevral 2016-cı il.
8 февраля 2016, 09:0217 июля 2017, 10:07
О награждении Э.T.Сулеймановой орденом «Шараф» подробно...
17 июля 2017, 10:07
Об утверждении «Государственной программы развития сельскохозяйственной кооперации в Азербайджанской Республике на 2017-2022 годы» подробно...
14 июля 2017, 10:07
О предоставлении Н.А. Ахмедову персональной пенсии Президента Азербайджанской Республики подробно...
14 июля 2017, 10:07
О награждении А.А. Мамедова орденом «Шохрат» подробно...
14 июля 2017, 10:07
О награждении сотрудников Государственного комитета Азербайджанской Республики по работе с диаспорой подробно...
14 июля 2017, 10:07
Об утверждении «Государственной программы по развитию хлопководства в Азербайджанской Республике на 2017-2022 годы» подробно...
14 июля 2017, 10:07
О присвоении Н.А.Гурбанову почетного звания «Заслуженный государственный служащий» подробно...
14 июля 2017, 10:07
О награждении С.А.Исмайлова орденом «Шохрат» подробно...
13 июля 2017, 10:07
О назначении Т.Х.Зейналабдина почетным консулом Азербайджанской Республики в Республике Судан подробно...
13 июля 2017, 10:07
О награждении сотрудников органов дипломатической службы Азербайджанской Республики подробно...