“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 54-VQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 54-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 yanvar 2016-cı il.

28 января 2016, 09:01

http://www.azertag.net

2611—2620 из 3607

23 сентября 2015, 09:09

О присвоении почетных званий деятелям культуры Азербайджанской Республики   подробно...

23 сентября 2015, 09:09

Об назначении А.А.Гасымова главой Исполнительной власти Низаминского района города Баку   подробно...

23 сентября 2015, 09:09

Об освобождении А.А.Гасымова от должности главы Исполнительной власти Сиязаньского района   подробно...

22 сентября 2015, 12:09

О назначении В.А.Абдуллаева председателем Кяпазского районного суда города Гянджа   подробно...

22 сентября 2015, 12:09

О назначении председателей Бакинского и Шекинского апелляционных судов   подробно...

21 сентября 2015, 09:09

О награждении работников нефтяной промышленности Азербайджанской Республики   подробно...

21 сентября 2015, 09:09

О присвоении почетных званий работникам нефтяной промышленности Азербайджанской Республики   подробно...

21 сентября 2015, 09:09

О предоставлении персональной пенсии Президента Азербайджанской Республики   подробно...

21 сентября 2015, 09:09

О мерах по капитальному ремонту многоквартирных зданий в городе Кюрдамир   подробно...

21 сентября 2015, 09:09

О дополнительных мерах по завершению строительства Агсуинской районной центральной больницы   подробно...