Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Əmək, Sosial İşlər, Şəhid və Əlillər Nazirliyi arasında əmək, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Əmək, Sosial İşlər, Şəhid və Əlillər Nazirliyi arasında əmək, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlıq haqqında 2015-ci il dekabrın 22-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Əfqanıstan İslam Respublikası Hökumətinə bildiriş göndərsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 yanvar 2016-cı il.

19 января 2016, 09:01

http://www.azertag.net

3361—3370 из 3607

4 апреля 2014, 16:04

О награждении орденом «Шараф» Ш.Г.Ханбабаева   подробно...

4 апреля 2014, 15:04

Введён запрет на любую деятельность в 3 километрах от побережья Каспийского моря   подробно...

4 апреля 2014, 11:04

Азербайджан информировал ILO о прогрессе с развитием достойного труда   подробно...

4 апреля 2014, 08:04

О проведении 100-летнего юбилея Барат Шекинской   подробно...

4 апреля 2014, 08:04

О награждении орденом «Достлуг» А.С.Дзасохова   подробно...

3 апреля 2014, 11:04

Счётная палата готова выступить с ежегодным отчётом   подробно...

3 апреля 2014, 10:04

Проездной документ для иностранцев и лиц без гражданства введён в Азербайджане для их безвизового въезда в страну   подробно...

3 апреля 2014, 10:04

О назначении Э.Д.Сеидова судьей Бакинского суда по тяжким преступлениям   подробно...

3 апреля 2014, 10:04

Об утверждении «Национальной стратегии по развитию информационного общества в Азербайджанской Республике на 2014-2020 годы»   подробно...

3 апреля 2014, 10:04

О дополнительных мерах по строительству автомобильной дороги Алатемир-Марсан-Тасмалы-Зейем-Лелели Гахского района   подробно...