“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 60-VQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 60-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 yanvar 2016-cı il.
15 января 2016, 09:014 марта 2014, 17:03
Министерство финансов Азербайджана выдало первые лицензии страховым компаниям по оказанию услуг перестрахования подробно...
4 марта 2014, 16:03
Омбудсмен выступила за увеличение числа женщин-полицейских и возврат детских садов Министерству образования подробно...
4 марта 2014, 11:03
Министерство транспорта Азербайджана отберёт столичные маршруты у предпринимателей-нарушителей подробно...
4 марта 2014, 09:03
О дополнительных мерах по развитию предпринимательства подробно...
3 марта 2014, 11:03
В Азербайджане утверждены коэффициенты для зонирования территорий подробно...
3 марта 2014, 09:03
О проведении 100-летнего юбилея Алиша Лемберанского подробно...
3 марта 2014, 09:03
О награждении Р.М.Сейфуллаева орденом «Шохрат» подробно...
3 марта 2014, 09:03
Об освобождении К.М.Абдуллаева от должности ректора Бакинского славянского университета- подробно...
28 февраля 2014, 14:02
Министр образования: основные проблемы дошкольного образования в Азербайджане – содержание, воспитатели и инфраструктура подробно...
28 февраля 2014, 16:02
Министерство финансов: внешний государственный долг Азербайджана к началу 2014 года не превышал 8,2% ВВП подробно...