“Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 70-VQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 70-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikası Qanununun 18-1-ci maddəsinin ikinci hissəsinin dördüncü abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 yanvar 2016-cı il.

15 января 2016, 09:01

http://www.azertag.net

3081—3090 из 3607

18 августа 2014, 09:08

О дополнительных мерах по строительству автомобильной дороги Синджан-Хачмаз-Фильфили Огузского района   подробно...

15 августа 2014, 17:08

Лихорадка Эбола: Азербайджан предпринимает экстренные меры   подробно...

15 августа 2014, 15:08

Введён дисконт по государственному лизингу сельскохозяйственной техники   подробно...

15 августа 2014, 09:08

Программа «Произведено в Грузии» будет перенесена на Азербайджан   подробно...

15 августа 2014, 09:08

О мерах по строительству автомобильной дороги Моллаисалар-Велиушагы-Моллаахмедли-Саркарлар Бардинского района   подробно...

8 августа 2014, 09:08

О дополнительных мерах по ускорению социально-экономического развития Агдамского района   подробно...

14 августа 2014, 09:08

Особый отдел появился в Министерстве налогов   подробно...

13 августа 2014, 14:08

Административные правила мест заключения распространены на досудебные разбирательства   подробно...

13 августа 2014, 14:08

Объявлен список подтверждающих документов для временного ввоза в Азербайджан иностранных автомобилей, не соответствующих Евро-4   подробно...

13 августа 2014, 09:08

В Азербайджане будут разработаны правила спортивного и любительского рыболовства   подробно...