Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə uyğun olaraq və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə qərara alıram:

1. 1996-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1979-1995-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2014-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.

2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2014-cü il aprelin 1-dən 30-dək ehtiyata buraxılsınlar.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 mart 2014-cü il.

5 марта 2014, 10:03

http://www.azertag.net

3361—3370 из 3607

4 апреля 2014, 16:04

О награждении орденом «Шараф» Ш.Г.Ханбабаева   подробно...

4 апреля 2014, 15:04

Введён запрет на любую деятельность в 3 километрах от побережья Каспийского моря   подробно...

4 апреля 2014, 11:04

Азербайджан информировал ILO о прогрессе с развитием достойного труда   подробно...

4 апреля 2014, 08:04

О проведении 100-летнего юбилея Барат Шекинской   подробно...

4 апреля 2014, 08:04

О награждении орденом «Достлуг» А.С.Дзасохова   подробно...

3 апреля 2014, 11:04

Счётная палата готова выступить с ежегодным отчётом   подробно...

3 апреля 2014, 10:04

Проездной документ для иностранцев и лиц без гражданства введён в Азербайджане для их безвизового въезда в страну   подробно...

3 апреля 2014, 10:04

О назначении Э.Д.Сеидова судьей Бакинского суда по тяжким преступлениям   подробно...

3 апреля 2014, 10:04

Об утверждении «Национальной стратегии по развитию информационного общества в Азербайджанской Республике на 2014-2020 годы»   подробно...

3 апреля 2014, 10:04

О дополнительных мерах по строительству автомобильной дороги Алатемир-Марсан-Тасмалы-Зейем-Лелели Гахского района   подробно...