Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında 7-ci Qlobal Forumun 2016-cı il 25-27 aprel tarixlərində Bakı şəhərində keçirilməsinə dair Sazişin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında 7-ci Qlobal Forumun 2016-cı il 25-27 aprel tarixlərində Bakı şəhərində keçirilməsinə dair 2015-ci il oktyabrın 24-də London şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansına bildiriş göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 dekabr 2015-ci il.
25 декабря 2015, 09:1219 августа 2014, 15:08
Льготы и доплаты введены для молодых сельских педагогов подробно...
19 августа 2014, 09:08
Совет старейшин создан при Бакинском управлении образования подробно...
19 августа 2014, 09:08
О финансировании строительства автомобильной дороги Далгалы-Набрань-Тель на территории Хачмазского района подробно...
18 августа 2014, 13:08
Правительственный мониторинг: повышения потребительских цен в Азербайджане нет подробно...
18 августа 2014, 09:08
О награждении военнослужащих Государственной пограничной службы Азербайджанской Республики подробно...
18 августа 2014, 09:08
О присвоении Э.З.Ибрагимову почетного звания «Заслуженный юрист» подробно...
18 августа 2014, 09:08
О присвоении В.А.Рзагулиеву почетного звания «Заслуженный инженер» подробно...
18 августа 2014, 09:08
О присвоении Р.Г.Садигову воинского звания генерал-лейтенанта подробно...
18 августа 2014, 09:08
О присвоении А.М.Джебраилову воинского звания генерал-лейтенанта подробно...
18 августа 2014, 09:08
О присвоении Э.И.Гулиеву воинского звания генерал-полковника подробно...