“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1405-IVQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1405-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması fəaliyyəti “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 oktyabr tarixli 650 nömrəli Fərmanına əsasən lisenziyalaşdırma sahəsində müəyyən ediləcək yeni qaydalar nəzərə alınmaqla həyata keçiriləcəkdir;

2.2. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 14.2.8-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir;

2.3. həmin Qanunun 27.3-cü maddəsinin üçüncü və dördüncü cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi həyata keçirir.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 dekabr 2015-ci il.

23 декабря 2015, 09:12

http://www.azertag.net

551—560 из 3607

6 ноября 2020, 18:11

Указ Президента Азербайджанской Республики Об обеспечении деятельности Азербайджанского инвестиционного холдинга   подробно...

29 октября 2020, 19:10

Распоряжение Президента Азербайджанской Республики Об обеспечении деятельности посольства Азербайджанской Республики в Республике Куба (городе Гавана)   подробно...

29 октября 2020, 19:10

Закон Азербайджанской Республики Об учреждении посольства Азербайджанской Республики в Республике Куба (городе Гавана)   подробно...

7 октября 2020, 21:10

Закон Азербайджанской Республики О переименовании села Мадагиз Тертерского района Азербайджанской Республики в село Суговушан   подробно...

28 сентября 2020, 11:09

Указ Президента Азербайджанской Республики Об объявлении военного положения   подробно...

28 сентября 2020, 11:09

Постановление Милли Меджлиса Азербайджанской Республики Об утверждении Указа Президента Азербайджанской Республики «Об объявлении военного положения»   подробно...

25 сентября 2020, 20:09

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению жилищно-бытовых условий семей вынужденных переселенцев   подробно...

24 сентября 2020, 20:09

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по ремонту и строительству автомобильных дорог   подробно...

24 сентября 2020, 20:09

Распоряжение Президента Азербайджанской Республики О предоставлении А.П.Гасанову персональной пенсии Президента Азербайджанской Республики   подробно...

24 сентября 2020, 20:09

Распоряжение Президента Азербайджанской Республики О присвоении почетных званий сотрудникам Азербайджанского государственного экономического университета   подробно...