"Hərbi Ovçuluq İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında

ZƏRBAYCAN RESPUBLİKASNIN

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 44

Bakı şəhəri, 13 fevral 2014-cü il

"Hərbi Ovçuluq İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında

 "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində Hərbi Ovçuluq İttifaqının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyul tarixli 3017 nömrəli Sərəncamının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1.  "Hərbi Ovçuluq İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi" təsdiq edilsin (1 nömrəli əlavə).

2. "Hərbi Ovçuluq İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyətinin strukturu" təsdiq edilsin (2 nömrəli əlavə).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə                                

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 fevral tarixli 44 nömrəli qərarı ilə təsdiq edilmişdir 1 nömrəli əlavə

"Hərbi Ovçuluq İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyətinin

 NİZAMNAMƏSİ

 1. Ümumi müddəalar

1.1. "Hərbi Ovçuluq İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - Cəmiyyət) "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində Hərbi Ovçuluq İttifaqının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyul tarixli 3017 nömrəli Sərəncamına əsasən yaradılmışdır.

1.2. Cəmiyyətin bütün payları dövlətə məxsusdur.

1.3. Cəmiyyət öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və bu Nizamnamə əsasında həyata keçirir.

1.4. Cəmiyyət Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində fəaliyyət göstərir.

1.5. Cəmiyyətin rəsmi adı aşağıdakı kimidir:

1.5.1. tam halda - "Hərbi Ovçuluq İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyəti;

1.5.2. qısaldılmış halda - "Hərbi Ovçuluq İttifaqı" MMC.

1.6. Cəmiyyətin hüquqi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu, A.Nəsibov küçəsi, 1A.

 2. Cəmiyyətin hüquqi statusu

2.1. Cəmiyyət hüquqi şəxsdir, müstəqil balansa, banklarda hesablaşma hesabına və digər hesablara malikdir.

2.2. Cəmiyyətin ayrıca əmlakı vardır və öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, əqdlər, sazişlər, müqavilələr bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək, həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.

2.3. Cəmiyyət üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin və Cəmiyyətin adı göstərilmiş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

2.4. Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsi, tabeliyində olan hüquqi şəxs statuslu qurumların yaradılması, yenidən təşkili və ya ləğv edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı əsasında həyata keçirilir.

2.5. Cəmiyyət xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərini "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada xüsusi razılıq (lisenziya) aldıqdan sonra həyata keçirə bilər.

2.6. Cəmiyyət dövlətin üzərinə götürdüyü hər hansı öhdəliklərə cavabdeh deyildir.

2.7. Dövlət Cəmiyyətin öhdəlikləri üçün cavabdeh deyildir və Cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün dövlətə məxsus payların həddində risk daşıyır.

 3. Cəmiyyətin əsas məqsədi və fəaliyyət istiqamətləri

3.1. Cəmiyyətin əsas məqsədi ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkilində və idarə edilməsində iştirak etməkdən ibarətdir.

3.2. Bu məqsədlərə uyğun olaraq Cəmiyyət aşağıdakı istiqamətlərdə fəaliyyəti həyata keçirir:

3.2.1. ovçuları Cəmiyyətə üzv qəbul etmək və üzv olmaları barədə onlara üzvlük bileti vermək;

3.2.2. hər il üçün ovçulardan üzvlük haqqının vaxtında ödənilməsini tələb etmək;

3.2.3. Azərbaycan Respublikasının "Xidməti və mülki silah haqqında", "Ovçuluq haqqında" qanunları ilə müəyyən edilmiş qaydada ov silahını, atıcılıq sursatını, ovçuluq-balıqçılıq ləvazimatını, idman inventarını və digər ovçuluq əşyalarını almaq və satışını təşkil etmək;

3.2.4. həvəskar və idman ovunu həyata keçirmək üçün istifadə edilən ov alətlərinin (ov silahı və onun üçün sursat istisna olmaqla) istehsalını təşkil etmək;

3.2.5. ona təhkim olunmuş ərazilərdə brakonyerliyin qarşısını almaq üçün tədbirlər həyata keçirmək;

3.2.6. təbii fəlakət və digər səbəblər nəticəsində Cəmiyyətin istifadəsində olan ərazilərdə dağılmış və ya məhv olmuş ovçuluq təsərrüfatlarını bərpa etmək;

3.2.7. ovçuları müəyyən edilmiş normativ əsasında ov silahı üçün sursatla təmin etmək;

3.2.8. ovçuluq təsərrüfatının beynəlxalq standartlara uyğun təşkil edilməsinə dair təkliflər vermək;

3.2.9. Cəmiyyətin ovçuluq təsərrüfatlarının işinin təkmilləşdirilməsi, işçilərin iş təcrübəsinin artırılması məqsədi ilə seminar-treninqlərin keçirilməsini təşkil etmək;

3.2.10. ovçuluğun və ovçuluq təsərrüfatının təşkili və idarə edilməsi istiqamətində metodiki göstərişlər hazırlayıb, qabaqcıl təcrübələrin kütləvi informasiya vasitələrində təbliğ edilməsi işində iştirak etmək;

3.2.11. ovçuluq təsərrüfatında vəhşi heyvanların təbii və süni artırılmasına, onların yaşayış mühitinin qorunmasına və yaxşılaşdırılmasına yönəldilən kompleks tədbirlərdə iştirak etmək;

3.2.12. ovçuluğun və ovçuluq təsərrüfatının aparılmasında heyvanlar aləmi obyektlərinin mühafizəsi və istifadəsi məsələlərinin həllində iştirak etmək;

3.2.13. ovçuluğun və ovçuluq təsərrüfatının aparılmasında heyvanlar aləmi obyektlərindən istifadə üzrə müəyyən olunmuş qaydalara, normalara, limitlərə və müddətlərə əməl edilməsində iştirak etmək;

3.2.14. ovçuluğun və ovçuluq təsərrüfatının aparılmasında vəhşi heyvanların yaşadıqları ərazilərdə həyat tərzlərinin sabitliyini pozmayan və ovlanmasına icazə verilməyən heyvan növlərinin qorunmasını təmin edən üsulların tətbiqində iştirak etmək;

3.2.15. ovçuluğun və ovçuluq təsərrüfatının aparılmasında vəhşi heyvanlar xəstəliyə yoluxduqda, onların yaşayış mühiti pisləşdikdə, məhv olma təhlükəsi yarandıqda və tələf olması hallarında xəstəliklərin profilaktikası və ləğvi üzrə keçirilən kompleks tədbirlərdə iştirak etmək;

3.2.16. ovçuluq təsərrüfatında sərhəd nişanlarının qoyulmasına, nəzarət-buraxılış məntəqələrinin yaradılmasına və onların işinin müvafiq qaydada təşkil edilməsinə dair təkliflər vermək;

3.2.17. Cəmiyyətin ovçuluq təsərrüfatlarında vəhşi heyvanların sayının və istifadəsinin ilkin uçotunun aparılmasında, onların vəziyyətlərinin və yaşayış yerlərinin xüsusiyyətlərinin öyrənilməsində iştirak etmək;

3.2.18. ovçuluq təsərrüfatında ovçulara göstərilən xidmət sahələrinin səviyyəsinin yüksəldilməsinə və təşkil olunmasına dair təkliflər vermək;

3.2.19. Cəmiyyətin ovçuluq təsərrüfatlarına ova gələn şəxsləri qeydiyyata almaq, ov etmək üçün icazəyə qeydlər etmək və onların icazə əsasında ovladıqları vəhşi heyvanların uçotunun aparılmasını təşkil etmək;

3.2.20. Cəmiyyətin ovçuluq təsərrüfatlarında ov əhəmiyyətli vəhşi heyvanların artırılmasına dair təkliflər vermək və təbiətə buraxılmasında iştirak etmək;

3.2.21. Cəmiyyətin ovçuluq təsərrüfatlarında biotexniki tədbirlərin və təbii bərpa işlərinin həyata keçirilməsinə dair təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

3.2.22. ovçuluq təsərrüfatında "Ətraf mühitin mühafizəsi haqqında", "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında", "Heyvanlar aləmi haqqında" və "Ovçuluq haqqında" Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş tələblərə əməl etmək şərtilə təbiəti mühafizə, ovçuluq, elmi tədqiqat, sağlamlaşdırma, təlim-tərbiyə, ekoloji maarifləndirmə, turizm və rekreasiya məqsədləri üçün istifadə edilməsinə dair təkliflər vermək.

3.3. Cəmiyyət əsas məqsədinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər.

 4. Cəmiyyətin nizamnamə kapitalı

4.1. Cəmiyyətin nizamnamə kapitalı 500000 (beş yüz min) manat məbləğindədir.

4.2. Cəmiyyətin nizamnamə kapitalına qoyulan pay puldan, qiymətli kağızlardan, başqa əmlakdan və əmlak hüquqlarından və ya pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər.

4.3. Cəmiyyətin əmlakı əsas fondlardan, dövriyyə vəsaitlərindən və digər əmlakdan ibarətdir.

4.4. Cəmiyyətin əmlakının dəyəri onun balansında göstərilir.

4.5. Cəmiyyətin nizamnamə kapitalının artırılması və ya azaldılması Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

4.6. Cəmiyyət iştirakçısının qoyduğu mayanın tərkibi və onun dəyişməsi, mayanın qoyulması qaydası və müddəti ümumi yığıncaq tərəfindən müəyyən edilir.

4.7. Ümumi yığıncağın qərarı əsasında vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranan xalis mənfəət iştirakçılar arasında onların nizamnamə kapitalındakı paylarına mütənasib qaydada bölüşdürülür.

4.8. Cəmiyyət iştirakçının payını (və ya onun bir hissəsini) əldə etdiyi halda, həmin payı (və ya payın hissəsini) ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş müddətdə və qaydada satmalı və ya nizamnamə kapitalını azaltmalıdır.

4.9. Cəmiyyətin illik hesabatları, mühasibat balansları, mənfəət və zərər hesabları, mənfəətin və zərərin bölüşdürülməsi qaydaları Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi tərəfindən təsdiq edilir.

 5. Cəmiyyətdə mühasibat uçotu və maliyyə hesabatının aparılması

5.1. Cəmiyyət mühasibat və statistik uçotu "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparır. Cəmiyyət maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq tərtib edir.

5.2. Cəmiyyətin birinci maliyyə ili dövlət qeydiyyatına alındığı vaxtdan başlayır və həmin ilin dekabrın 31-də başa çatır. Növbəti maliyyə ili isə yanvarın 1-dən başlayır və dekabrın 31-də başa çatır.

5.3. Şəffaflığın təmin edilməsi üçün Cəmiyyət illik maliyyə hesabatını hər il maliyyə ili bitdikdən sonra aprelin 30-dan gec olmayan müddətdə auditor rəyi ilə birlikdə, həmçinin Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanması barədə məlumatı mətbu orqanda dərc etdirməyə borcludur.

5.4. Cəmiyyət mühasibat uçotunu təşkil edir, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının rüblük və illik maliyyə hesabatına baxır, icmallaşdırır, maliyyə-təsərrüfat fəaliyyəti barədə ümumi hesabatı, maliyyə hesabatlarını (mühasibat balansı, mənfəət və zərər hesabları, kapitalda dəyişikliklər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, uçot siyasəti və izahlı qeydlər) tərtib edir və təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisinə təqdim edir.

5.5. Cəmiyyət illik maliyyə hesabatlarını hər il maliyyə ili bitdikdən sonra auditor rəyi ilə birlikdə mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

5.6. Cəmiyyət nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasının aparılmasını təmin edir.

6. Cəmiyyətin ali orqanı

6.1. Cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır.

6.2. Ümumi yığıncaq növbəti və növbədənkənar ola bilər. Növbəti ümumi yığıncaq icra orqanı tərəfindən ildə bir dəfə iyul ayında çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının təşəbbüsü, habelə müşahidə şurasının və iştirakçıların tələbi ilə çağırılır.

6.3. Ümumi yığıncağın qərarları iştirakçıların sadə səs çoxluğu ilə qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir.

6.4. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətinə aşağıdakılar aiddir:

6.4.1. Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi (dəyişdirilməsi), nizamnamə kapitalının müəyyən edilməsi (dəyişdirilməsi);

6.4.2. Cəmiyyətin işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiqi;

6.4.3. Cəmiyyətin icra orqanının yaradılması, səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

6.4.4. Cəmiyyətin icra orqanının rəhbərinin, onun müavinlərinin, nümayəndəlik və filiallarının, həmçinin tabeliyindəki qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

6.4.5. Cəmiyyətin müşahidə şurasının seçilməsi;

6.4.6. Cəmiyyətin inkişaf və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi;

6.4.7. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

6.4.8. Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, tabeliyindəki hüquqi şəxs statuslu qurumların yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi.

6.5. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş məsələlər "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində Hərbi Ovçuluq İttifaqının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyul tarixli 3017 nömrəli Sərəncamına uyğun olaraq həll edilir.

 7. Müşahidə şurası

7.1. Müşahidə şurası Cəmiyyətin icra orqanının fəaliyyətinə nəzarəti həyata keçirən orqandır. Müşahidə şurası tək sayda ən azı beş üzvdən ibarət olmaqla formalaşdırılır. Şuranın üzvləri ümumi yığıncaq tərəfindən iştirakçılardan və ya kənar şəxslərdən üç il müddətinə seçilən şəxslərdir. Ümumi yığıncaq müşahidə şurasının üzvləri sırasından şuranın sədrini seçir. Müşahidə şurasının iclası üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Müşahidə şurasının sədri onun iclaslarını üç ayda bir dəfədən az olmayaraq çağırır və iclaslara sədrlik edir. Müşahidə şurasının qərarları iclasda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Səslər bərabər olduqda, müşahidə şurası sədrinin səsi həlledici hesab edilir. Müşahidə şurasının qərarları müşahidə şurasının sədri tərəfindən imzalanır.

7.2. Müşahidə şurası aşağıdakı səlahiyyətlərə malikdir:

7.2.1. Cəmiyyətin fəaliyyətinin əsas istiqamətlərini və inkişaf strategiyasını müəyyənləşdirmək, Cəmiyyətin biznes planını təsdiq etmək;

7.2.2. Cəmiyyətin icra orqanının fəaliyyətinə nəzarəti həyata keçirmək, o cümlədən direktordan məlumat almaq;

7.2.3. ümumi yığıncaq və direktor üçün tövsiyələr vermək;

7.2.4. Cəmiyyət tərəfindən qüvvədə olan qanunvericiliyin pozulması faktını müəyyən etdikdə, bu pozuntu barədə ümumi yığıncağı və direktoru xəbərdar etmək;

7.2.5. Cəmiyyətin idarə olunmasını təmin etmək üçün qaydalar və əsasnamələr qəbul etmək;

7.2.6. Cəmiyyətin fəaliyyətinin kompleks və ayrı-ayrı sahələrinin yoxlanılması barədə qərar qəbul etmək.

7.3. Müşahidə şurasının üzvü tutduğu vəzifədən azad olunması ilə bağlı ərizə ilə müraciət etdikdə, bu Nizamnamə ilə üzərinə düşən vəzifələri icra etmədikdə və ya icra edə bilmədikdə, ümumi yığıncağın qərarı ilə onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilir.

 8. Cəmiyyətin icra orqanı

8.1. Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik Cəmiyyətin təkbaşına icra orqanı olan direktor tərəfindən həyata keçirilir. Cəmiyyətin direktoru müşahidə şurasının üzvü seçilə bilməz.

8.2. Cəmiyyətin direktoru, onun müavinləri, nümayəndəlik və filiallarının, həmçinin tabeliyindəki qurumların rəhbərləri Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

8.3. Direktorun səlahiyyətlərinə aşağıdakılar aid edilir:

8.3.1. Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik edir və onun operativ idarə olunmasını həyata keçirir;           

8.3.2. vəkalətnamə olmadan Cəmiyyətin adından çıxış edir, onu bütün dövlət və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil edir;

8.3.3. ümumi yığıncaq və müşahidə şurası tərəfindən qəbul edilmiş qərarların vaxtında və lazımi qaydada icra olunmasını təmin edir;

8.3.4. Cəmiyyətin adından mülki-hüquqi müqavilələr bağlayır, vəkalətnamələr verir, müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesablarını açır və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam verir;

8.3.5. Cəmiyyətin əməkdaşlarının əmək funksiyalarının dairəsini müəyyən edir, onlarla əmək müqavilələri bağlayır, şərtlərini dəyişdirir və Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv edir;

8.3.6. Cəmiyyətin əməkdaşları barədə həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

8.3.7. qərarlar qəbul edir və həmin qərarları yazılı surətdə əmrlə rəsmiləşdirir;

8.3.8. Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirir.

 9. Daxili audit və maliyyə nəzarəti mexanizmi

9.1. Cəmiyyət direktora tabe olan daxili audit xidmətini təsis edir. Daxili audit xidmətinin əməkdaşları öz funksiyalarını icra edərkən müstəqil qiymət vermək, nəticə çıxarmaq hüququna malikdirlər.

9.2. Daxili auditor ali iqtisadi və ya hüquqi təhsilə və ya digər ixtisas üzrə ali təhsilə və audit, yaxud əlaqədar sahələrdə dördillik iş stajına malik olmalıdır:

9.3. Daxili audit xidmətinin əsas funksiyaları aşağıdakılardan ibarətdir:

9.3.1. Cəmiyyətin, onun struktur bölmələrinin, filial və nümayəndəliklərinin, tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə və Cəmiyyətin daxili qaydalarına uyğunluğunu yoxlamaq;

9.3.2. Cəmiyyətin təsərrüfat fəaliyyətinin, habelə maliyyə vəziyyətinin dəqiq qiymətləndirilməsi məqsədi ilə bütün sahələrdə aparılan əməliyyatların mütəmadi auditini aparmaq;

9.3.3. daxili audit yoxlamalarının nəticələri haqqında, habelə ortaya çıxmış çatışmazlıqların aradan qaldırılması üçün təkliflər barədə Cəmiyyətin direktoruna məlumat vermək;

9.3.4. "Daxili audit haqqında" Azərbaycan Respublikasının Qanununda və bu Nizamnamədə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.

9.4. Cəmiyyətin bütün əməkdaşları daxili auditi həyata keçirən əməkdaşların tələbi ilə sənədləri təqdim etməyə, onlara öz vəzifələrinin icrası üçün lazımi şərait yaratmağa borcludurlar.

 10. Cəmiyyətin müstəqil (kənar) auditi

10.1. Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin müstəqil (kənar) auditi "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

 11. Cəmiyyətin filial və nümayəndəlikləri, habelə tabeliyində olan hüquqi şəxs statuslu qurumları ilə qarşılıqlı münasibətləri

11.1. Cəmiyyətin filial və nümayəndəlikləri, habelə tabeliyində olan hüquqi şəxs statuslu qurumları ilə qarşılıqlı münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Nizamnaməyə, habelə onların nizamnamələrinə, Cəmiyyətin idarəetmə orqanlarının qərarlarına uyğun olaraq tənzimlənir.

11.2. Cəmiyyət filial və nümayəndəlikləri, habelə tabeliyində olan hüquqi şəxs statuslu qurumları ilə qarşılıqlı münasibətlərdə aşağıdakı səlahiyyətlərə malikdir:

11.2.1. filial və nümayəndəliklərinin, habelə tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının balansında olan əmlakın hüquqi və fiziki şəxslərə icarəyə verilməsi, balansında olan əsas vəsaitlərin silinməsi barədə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisinə təkliflər vermək;

11.2.2. filial və nümayəndəliklərinin, habelə tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının idarəetmə orqanlarının formalaşdırılması barədə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisinə təkliflər vermək;

11.2.3. filial və nümayəndəliklərinin, habelə, tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının təsərrüfat fəaliyyəti üzrə proqnoz göstəricilərinin formalaşmasına və hesabatlara nəzarət etmək, bu məsələlərə aid tövsiyələr və təkliflər vermək və onların müzakirəsində iştirak etmək;

11.2.4. filial və nümayəndəliklərinin, habelə tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının maliyyə-təsərrüfat fəaliyyətlərini təhlil və təftiş etmək;

11.2.5. filial və nümayəndəliklərinin, habelə tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının fəaliyyətlərinin yekunlarına baxılmasını təmin etmək;

11.2.6. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və bu Nizamnamədə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.

 12. Cəmiyyətin ləğv olunması və yenidən təşkili

12.1. Cəmiyyətin ləğv olunması və yenidən təşkili Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 fevral tarixli 44 nömrəli qərarı ilə təsdiq edilmişdir 2 nömrəli əlavə

 "Hərbi Ovçuluq İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyətinin

STRUKTURU

1. "Hərbi Ovçuluq İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyətinin Aparatı və onun bölmələri.

2. "Hərbi Ovçuluq İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəlikləri və onların bölmələri.

3. "Hərbi Ovçuluq İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyətinin filialları və onların bölmələri.

4. "Hərbi Ovçuluq İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi şəxs statuslu qurumları və onların bölmələri.

 

3 марта 2014, 16:03

http://cabmin.gov.az/

221—230 из 3607

23 декабря 2021, 07:12

Распоряжение Президента Азербайджанской Республики О присвоении высших воинских званий военнослужащим Министерства по чрезвычайным ситуациям Азербайджанской Республики   подробно...

22 декабря 2021, 07:12

Распоряжение Президента Азербайджанской Республики О назначении судей и председателей ряда судов первой инстанции   подробно...

21 декабря 2021, 07:12

Указ Президента Азербайджанской Республики О внесении изменения в Указ Президента Азербайджанской Республики «О повышении размера социальных пособий» от 29 августа 2013 года номер 973   подробно...

21 декабря 2021, 07:12

Распоряжение Президента Азербайджанской Республики О внесении изменения в Распоряжение Президента Азербайджанской Республики «О предоставлении стипендий докторантам, студентам, обучающимся в высших, средних специальных учебных заведениях и учебных заведениях профессионального образования, а также на магистерской ступени Национальной Академии Наук Азербайджана» от 14 февраля 2019 года номер 961   подробно...

21 декабря 2021, 07:12

Указ Президента Азербайджанской Республики О внесении изменения в Указ Президента Азербайджанской Республики «Об учреждении «Пенсии Президента Азербайджанской Республики лицам, ухаживающим за лицами, имеющими инвалидность I группы, или детьми до 18 лет с ограниченными возможностями здоровья» от 15 апреля 2019 года номер 643   подробно...

21 декабря 2021, 07:12

Указ Президента Азербайджанской Республики О внесении изменения в Указ Президента Азербайджанской Республики «Об учреждении «Пенсии Президента Азербайджанской Республики лицам, не менее 25 лет проработавшим в научных учреждениях и организациях или учебных заведениях по основному месту работы и имеющим соответствующую запись в трудовой книжке, не работающим, имеющим ученую степень, а также право на трудовую пенсию» от 30 декабря 2020 года номер 1229   подробно...

21 декабря 2021, 07:12

Указ Президента Азербайджанской Республики О внесении изменения в Указ Президента Азербайджанской Республики «Об установлении размера социального пособия для женщин, имеющих более пяти детей» от 27 декабря 2013 года номер 72   подробно...

21 декабря 2021, 07:12

Распоряжение Президента Азербайджанской Республики О внесении изменения в Распоряжение Президента Азербайджанской Республики «О предоставлении ежемесячной стипендии за почетные звания» от 4 июля 2005 года номер 878   подробно...

21 декабря 2021, 07:12

Распоряжение Президента Азербайджанской Республики О совершенствовании управления в государственной системе дошкольного образования   подробно...

21 декабря 2021, 07:12

Распоряжение Президента Азербайджанской Республики О награждении учителей средней общеобразовательной школы номер 11 имени Гейдара Алиева города Астрахань Российской Федерации медалью «Терегги»   подробно...