“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1386-IVQD nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1386-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci və 355-7.6-cı maddələrində

nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 dekabr 2015-ci il.

 

9 декабря 2015, 09:12

http://www.azertag.net

3481—3490 из 3607

26 февраля 2014, 09:02

О награждении А.А.Али Заде орденом «Истиглал»   подробно...

26 февраля 2014, 09:02

О некоторых мерах, связанных со второй стадией эксплуатации газоконденсатного месторождения «Шахдениз» и другими проектами по созданию Южного газового коридора   подробно...

26 февраля 2014, 09:02

О дополнительных мерах по ускорению социально-экономического развития города Сумгайыт   подробно...

25 февраля 2014, 17:02

Президент Азербайджана назначил второго заместителя председателя Агентства по обслуживанию граждан и социальным инновациям   подробно...

25 февраля 2014, 15:02

В Азербайджане принят закон об экозащите Каспия   подробно...

25 февраля 2014, 15:02

Законопроект о морских портах принят в первом чтении   подробно...

25 февраля 2014, 12:02

Техническая пауза взята на переговорах о дополнительном финансировании модернизации судебной системы Азербайджана   подробно...

25 февраля 2014, 11:02

Министерство экономики и промышленности и университет ADA разработают стратегию маркетинга и брендинга экономических зон   подробно...

25 февраля 2014, 10:02

Дифференцированные взносы по страхованию депозитов начали изучать в Азербайджане   подробно...

24 февраля 2014, 16:02

Министерство туризма Азербайджана поручило прибрежным курортам защищать окружающую среду   подробно...