“Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1338-IVQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1338-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 noyabr 2015-ci il.

26 ноября 2015, 09:11

http://www.azertag.net

2351—2360 из 3607

7 марта 2016, 10:03

О возражении Президента Азербайджанской Республики против Закона Азербайджанской Республики «О внесении изменений в Кодекс Азербайджанской Республики об административных проступках» номер 104-VQD, принятого Милли Меджлисом Азербайджанской Республики 19 января 2016 года   подробно...

7 марта 2016, 10:03

Об избрании руководителей рабочих групп по межпарламентским связям Милли Меджлиса Азербайджанской Республики   подробно...

7 марта 2016, 10:03

Об освобождении И.А.Алиева от должности судьи Верховного суда Азербайджанской Республики   подробно...

7 марта 2016, 10:03

Поздравление женщинам Азербайджана по случаю Международного женского дня – 8 марта   подробно...

7 марта 2016, 10:03

О назначении С.Г. Хатамова на должность главы Исполнительной власти Сальянского района   подробно...

7 марта 2016, 10:03

Об освобождении С.Г. Хатамова от должности главы Исполнительной власти Ярдымлинского района   подробно...

7 марта 2016, 10:03

Об освобождении Т.А.Керимова от должности главы Исполнительной власти Сальянского района   подробно...

7 марта 2016, 09:03

О дополнительных мерах, связанных с продолжением реформ в таможенной системе   подробно...

4 марта 2016, 12:03

О дополнительных мерах, связанных с продолжением работ по замене кровельных покрытий многоквартирных зданий и укреплению материально-технической базы лифтового хозяйства в городе Сумгайыт   подробно...

4 марта 2016, 12:03

Об упрощении визовых процедур для иностранцев и лиц без гражданства, прибывающих в Азербайджанскую Республику в связи с организацией и проведением соревнований Гран-при Европы Формула-1   подробно...