“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanını “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1302-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 82; 2015, № 2, maddə 138, № 7, maddə 831) 5.2-ci bəndində “16.2-ci” sözlərindən sonra “, 21.1.5-ci” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 noyabr 2015-ci il.
23 ноября 2015, 09:112 февраля 2015, 09:02
О предоставлении Президентских премий молодежи за 2015 год подробно...
29 января 2015, 09:01
О награждении сотрудников Государственного таможенного комитета Азербайджанской Республики подробно...
29 января 2015, 09:01
О присвоении высших специальных званий сотрудникам Государственного таможенного комитета Азербайджанской Республики подробно...
28 января 2015, 09:01
О назначении М.Х.Мамедова главой Исполнительной власти Уджарского района подробно...
28 января 2015, 09:01
О назначении Я.Г.Мамедова главой Исполнительной власти Губинского района подробно...
28 января 2015, 09:01
Об освобождении Я.Г.Мамедова от должности главы Исполнительной власти Уджарского района подробно...
28 января 2015, 09:01
Об освобождении М.Х.Мамедова от должности главы Исполнительной власти Гейчайского района подробно...
28 января 2015, 09:01
О назначении М.А.Агаева главой Исполнительной власти Гейчайского района подробно...
28 января 2015, 09:01
Об освобождении М.А.Агаева от должности главы Исполнительной власти Губинского района подробно...
27 января 2015, 09:01
О награждении орденом «Шохрат» Р.С.Тагиевой подробно...