“İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1374-IVQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1374-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

3. Müəyyən edilsin ki:

3.1. “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 17.2.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

3.2. həmin Qanunun 17.2.2-ci maddəsində nəzərdə tutulmuş elmi təşkilat Azərbaycan Milli Elmlər Akademiyasıdır.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 noyabr 2015-ci il.

23 ноября 2015, 09:11

http://www.azertag.net

1751—1760 из 3607

24 августа 2017, 09:08

О награждении Ш.Р. Абилова медалью «Терегги»   подробно...

23 августа 2017, 09:08

О мерах по улучшению жилищно-бытовых условий населения в городе Шамкир   подробно...

23 августа 2017, 09:08

О дополнительных мерах в связи с продолжением работ по благоустройству и созиданию в городе Гядабей   подробно...

23 августа 2017, 09:08

О награждении военнослужащих Особой службы государственной охраны Азербайджанской Республики   подробно...

23 августа 2017, 09:08

О присвоении Э.Б. Гамидову почетного звания «Заслуженный врач»   подробно...

23 августа 2017, 09:08

О присвоении Э.Г.Новрузову высшего воинского звания генерал-майора   подробно...

22 августа 2017, 09:08

О мерах по капитальному ремонту многоквартирных зданий и продолжению работ по благоустройству и созиданию в Самухском районе   подробно...

22 августа 2017, 09:08

О назначении А.Э.Алекберова председателем Правления Управления Государственного историко-архитектурного заповедника «Ичеришехер»   подробно...

22 августа 2017, 09:08

О дополнительных мерах по продолжению работ по благоустройству и созиданию и капитальному ремонту многоквартирных зданий в городе Гейгель   подробно...

22 августа 2017, 09:08

О награждении В.Ф.Гаджиева орденом «За службу Отечеству» 2-й степени   подробно...