“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1341-IVQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1341-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki:
3.1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin II hissəsinin 3-cü bəndində (birinci halda) və 4-cü bəndində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
3.2. həmin Qanunun 27-ci maddəsinin II hissəsinin 3-cü bəndində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir;
3.3. həmin Qanunun 27-ci maddəsinin II hissəsinin 4-cü bəndində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 noyabr 2015-ci il.
20 ноября 2015, 09:115 апреля 2018, 08:04
Распоряжение Президента Азербайджанской Республики О проектировании и строительстве центра ASAN xidmət в Агджабединском районе подробно...
4 апреля 2018, 08:04
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству, оснащению и созданию инфраструктуры мастерской по производству ковров в Билясуварском районе подробно...
4 апреля 2018, 08:04
Распоряжение Президента Азербайджанской Республики О мерах по продолжению проекта реконструкции систем водоснабжения и канализации города Ширван подробно...
4 апреля 2018, 08:04
Распоряжение Президента Азербайджанской Республики О награждении медалью «Терегги» сотрудников Производственного объединения «Гянджинский автомобильный завод» подробно...
4 апреля 2018, 08:04
Распоряжение Президента Азербайджанской Республики О присвоении K.Г.Назарову почетного звания «Заслуженный инженер» подробно...
3 апреля 2018, 08:04
Распоряжение Президента Азербайджанской Республики О награждении М.С.Балакишиева орденом «Шохрат» подробно...
3 апреля 2018, 08:04
Распоряжение Президента Азербайджанской Республики О проведении 125-летия Ашуга Шамшира подробно...
3 апреля 2018, 08:04
Распоряжение Президента Азербайджанской Республики О мерах по развитию инфраструктуры образования в Агсуинском, Исмаиллинском, Гобустанском и Шамахинском районах подробно...
3 апреля 2018, 08:04
Распоряжение Президента Азербайджанской Республики О назначении И.Ф.Искендерова на должность генерального консула Азербайджанской Республики в городе Екатеринбург Российской Федерации подробно...
3 апреля 2018, 08:04
Распоряжение Президента Азербайджанской Республики О назначении А.Ф.Шихалиева чрезвычайным и полномочным послом Азербайджанской Республики в Республике Индия подробно...