“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564; 2001, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002, № 1, maddə 9, № 8, maddə 463; 2003, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 11, maddə 901; 2005, № 4, maddə 277, № 10, maddə 874, № 11, maddə 993; 2006, № 12, maddə 1027; 2007, № 6, maddə 560, № 11, maddələr 1053, 1091; 2008, № 2, maddə 49, № 6, maddələr 453, 463, № 7, maddə 602; 2009, № 2, maddə 47, № 4, maddə 210, № 12, maddə 948; 2010, № 7, maddə 598; 2011, № 2, maddə 71, № 4, maddə 255, № 6, maddə 469, № 12, maddə 1097; 2012, № 5, maddə 402, № 7, maddə 671; 2013, № 4, maddələr 362, 363, № 7, maddə 795, № 11, maddələr 1295, 1298; 2014, № 4, maddələr 343, 346, № 5, maddə 467, № 11, maddə 1352; 2015, № 1, maddə 2, № 2, maddələr 76, 79, 105, № 5, maddə 502, № 6, maddə 686) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddəyə aşağıdakı məzmunda 53-cü bənd əlavə edilsin:
“53) texnoloji nəqliyyat vasitəsi - küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan, sənaye sahələrində müvafiq texnoloji proseslərin həyata keçirilməsi zamanı istifadə edilən, xüsusi texnoloji qurğu və avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitəsidir.”.
2. 27-ci maddənin II hissəsində:
2.1. 3-cü bənddə “digər” sözü “, siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən” sözləri ilə əvəz edilsin;
2.2. 4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“4) texnoloji nəqliyyat vasitələrinin, habelə bu maddənin II hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən nəqliyyat vasitələri istisna olmaqla, siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələrinin - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2015-ci il.
20 ноября 2015, 09:1124 января 2014, 09:01
Азербайджан отказался от ассоциации с ЕС ради более высокого уровня партнёрства – президент Алиев подробно...
24 января 2014, 09:01
Иран и Азербайджан провели переговоры на высшем уровне подробно...
23 января 2014, 16:01
Центральный банк Азербайджана выступил с заявлением в связи с интересом к Bitcoin подробно...
23 января 2014, 09:01
Страхование от несчастных случаев и климатических изменений – предмет переговоров на высшем уровне Азербайджана и Swiss Re подробно...
23 января 2014, 09:01
Президенты Азербайджана и EBRD провели переговоры в Давосе подробно...
22 января 2014, 15:01
В Азербайджане для снижения налоговых долгов будут внесены поправки в Налоговый кодекс подробно...
22 января 2014, 15:01
Молодёжные общественные объединения Азербайджана активно встраиваются в глобальные сети таких учреждений подробно...
22 января 2014, 15:01
Общественные советы с НПО будут созданы при Госкомитете по имущественным вопросам подробно...
22 января 2014, 09:01
Государственный таможенный комитет: в Азербайджане практически нет почтовой внешней торговли подробно...
22 января 2014, 09:01
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по ускорению социально-экономического развития Гейгельского района подробно...