2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 noyabr 2015-ci il tarixli 179 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 33 saylı Xətai birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Musazadə Ülkər Fərman qızı 13 noyabr 2015-ci il tarixdə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək səsvermə günü seçki dairəsinin bəzi seçki məntəqələrində qanun pozuntularının olduğunu iddia etmiş, dairə seçki komissiyasının 8 noyabr 2015-ci il tarixli 27/80 saylı qərarını mübahisələndirmiş və bir neçə seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin ləğv edilməsini tələb etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Araşdırma prosesində müraciət etmiş deputatlığa namizədlə əlaqə saxlanılmış, əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah edilmişdir. Ü.F.Musazadə araşdırmada iştirak etmiş, qanun pozuntularını özündə ehtiva edən digər əlavə sənəd və materiallara malik olmadığını bildirmiş, onun Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.
Ərizəçi müraciətində səsvermə günü 33 saylı Xətai birinci seçki dairəsinin 2, 5, 8, 9, 12, 13, 14, 16, 19, 20, 21, 22, 28, 29, 31, 32 və 36 saylı seçki məntəqələrində müvafiq seçki dairəsinin və ya məntəqəsinin seçicilər siyahısında adı olmayan və ya həmin ərazidə qeydiyyatda olmayan şəxslərin səsvermədə iştirakı hallarının olduğunu, eyni şəxsin bir neçə dəfə səs verməsinə şərait yaradılmasını, bir şəxsin digər seçki məntəqəsində də səs verdiyini, bəzi seçki məntəqələrində seçki bülletenlərinin künclərinin əvvəlcədən kəsildiyini və yerli icra strukturları tərəfindən seçkilərə qanunsuz müdaxilə edildiyini bildirərək həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini tələb etmişdir.
Araşdırma zamanı müəyyən olunmuşdur ki, ərizəçi tərəfindən yuxarıda qeyd edilən seçki məntəqələrindən yalnız 8, 9, 29, 31 və 32 saylı seçki məntəqələri üzrə dairə seçki komissiyasına şikayət verilmiş, komissiya tərəfindən şikayətə mahiyyəti üzrə baxılaraq müvafiq qərar qəbul edilmişdir. Buna görə də ərizəçinin müraciəti üzrə araşdırma onun qeyd etdiyi bütün seçki məntəqələri üzrə deyil, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq yalnız dairə seçki komissiyası tərəfindən mahiyyəti üzrə araşdırılmış seçki məntəqələri üzrə aparılmışdır.
Ərizəçi Ü.F.Musazadə Mərkəzi Seçki Komissiyasına şikayətində isə qanun pozuntularının olduğu seçki məntəqələrinin əhatə dairəsini genişləndirərək, həmin seçki dairəsinin 2, 5, 12, 13, 14, 16, 19, 20, 21, 22, 28 və 36 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin ləğv edilməsini tələb etmişdir. Araşdırma ilə müəyyən edilmişdir ki, adıçəkilən seçki məntəqələrinin nəticələrinin mübahisələndirilməsi ilə bağlı ərizəçi tərəfindən dairə seçki komissiyasına qanunvericilikdə nəzərdə tutulmuş qaydada müraciət edilməmiş, hazırkı vaxtda isə namizəd şikayətvermə müddətini ötürmüşdür.
Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 4.1.2-ci bəndinə əsasən, seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.
Araşdırma prosesində ərizəçi Ü.F.Musazadə tərəfindən təqdim edilmiş səsvermə günü 5 seçki məntəqəsində tərtib edilməsi iddia edilən 3 ədəd aktın qanunamüvafiq qaydada tərtib edilmədiyi, eyni məzmunlu və ümumi xarakterli olduğu, müvafiq qaydalara uyğun tərtib edilmədiyi, o cümlədən həmin aktlarda onun tərtib edildiyi saatın, pozuntunun baş verməsi iddia olunan seçki məntəqəsinin nömrəsinin, onların təkcə namizəd tərəfindən imzalanması müəyyən edilmişdir. Belə olan halda araşdırmaya təqdim edilən 3 ədəd akt sübut kimi etibarlı hesab edilə bilməz.
Araşdirma prosesində 8 saylı seçki məntəqəsində müşahidəçi olmuş K.A.Muxtarov, M.S.Şərifov, S.V.Abbasova, A.M.İsmayılova, T.A.Kərimov, məntəqə seçki komissiyasının sədri E.B.Məmmədov, katibləri N.Ş.Dadaşov, O.Mehdiyeva, üzvləri İ.E.Ağamalıyev, N.Lətifova, D.A.Novruzova və məşvərətçi səs hüquqlu üzv Ə.S.Quliyev, 9 saylı seçki məntəqəsində müşahidəçi olmuş N.Ə.Salmanova, T.Q.Muxtarov, R.Y.İsmayılzadə, A.Q.İsmayılov, K.A.Kərimov, məntəqə seçki komissiyasının sədri R.Qurbanov, katibləri M.Çobanova, F.Qarayev və üzvü A.Y.Bədəlova, 29 saylı seçki məntəqəsində müşahidəçi olmuş F.M.Həsənzadə, E.Ə.Qurbanov, X.N.Yaqubov, R.M.Əliyev, məntəqə seçki komissiyasının sədri N.İ.Məhərrəmova, katibi Y.K.Mustafayev, üzvləri G.S.Abdullayeva və F.X.Həsənova, 31 saylı seçki məntəqəsində müşahidəçi olmuş S.M.Əliyev, İ.V.Əsgərov, T.N.Alıyev, N.Ə.Əliyev, Ç.R.Kərimov və Ə.S.Bəşirov, məntəqə seçki komissiyasının sədri Ə.E.Mahmudlu, katibləri Ü.Məmmədova, Z.O.Namazova və üzvü İ.K.Ələkbərova, 32 saylı seçki məntəqəsində müşahidəçi olmuş Ə.D.Məhsimov, T.Ə.Tağıyev, H.Ə.Həsənov, Ə.H.Bədəlov və R.E.Salayev, məntəqə seçki komissiyasının sədri K.S.Manafov, katibləri T.H.Nadirov, A.L.Məmmədova, üzvləri S.Ə.Çobanova və N.A.Səfərov, qeydə alınmış namizəd C.A.Rzazadə və onun səlahiyyətli nümayəndəsi C.D.Dadaşov, qeydə alınmış namizəd A.Əliyevin səlahiyyətli nümayəndəsi V.O.Əhmədov öz izahatlarında müşahidəçilər üçün sərbəst və maneəsiz müşahidə aparmaq üçün normal şərait yaradıldığını, seçicilərin şəxsən səs verdiklərini, səsvermənin nəticələrinə dair məntəqə seçki komissiyaları protokollarının surətlərinin heç bir maneə olmadan aldıqlarını və seçki məntəqəsini tərk etdiklərini, qanun pozuntularının baş verməsi barədə məntəqə seçki komissiyalarına hər hansı bir müraciətin daxil olmadığını, səsvermə və səslərin hesablanması prosesində hər hansı qanun pozuntusuna rast gəlmədiklərini bildirmişlər.
Şikayətə əlavə edilmiş bir ədəd CD diskdə olan görüntülər müşahidə aparılması prinsipinin pozulması ilə əldə edildiyindən sübut kimi qəbul edilə bilməz. Belə ki, Seçki Məcəlləsinin 41.1.3-cü maddəsinə əsasən, müşahidə açıq aparılmalıdır və həmin Məcəllənin 42.2.8-ci maddəsinə əsasən, müşahidəçinin səsvermənin təşkili ilə əlaqədar təklif və iradlarla məntəqə seçki komissiyasının sədrinə və ya onu əvəz edən şəxsə müraciət etmək hüququ vardır. Müraciətdə göstərilən halda isə şikayətçi müşahidəçilərin seçki qanunvericiliyinin yuxarıda qeyd edilən tələblərinə riayət etməmələrini nəzərə almamışdır.
Beləliklə, araşdırma əsasında 33 saylı Xətai birinci seçki dairəsinin dislokasiyasında olan bir sıra seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından deputatlığa qeydə alınmış namizəd Ü.F.Musazadənin müraciəti əsassız hesab edilərək təmin edilməməli, həmin dairə seçki komissiyasının 8 noyabr 2015-ci il tarixli 27/80 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 33 saylı Xətai birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Musazadə Ülkər Fərman qızının 13 noyabr 2015-ci il tarixli 179 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və həmin dairə seçki komissiyasının 8 noyabr 2015-ci il tarixli 27/80 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
17 ноября 2015, 09:1125 января 2023, 08:01
Указ Президента Азербайджанской Республики Об утверждении «Соглашения между Правительством Азербайджанской Республики и Правительством Российской Федерации о сотрудничестве и взаимодействии в целях согласованного развития пунктов пропуска через государственную границу между Азербайджанской Республикой и Российской Федерацией и транспортных подходов к ним» подробно...
24 января 2023, 10:01
Распоряжение Президента Азербайджанской Республики Об утверждении «Государственной программы по приведению национальной системы стандартизации в соответствие с международными требованиями на 2023-2025 годы» подробно...
13 января 2023, 14:01
Указ Президента Азербайджанской Республики О повышении размера социальных пособий и внесении изменений в Указ Президента Азербайджанской Республики «О повышении размера социальных пособий» от 29 августа 2013 года номер 973 подробно...
13 января 2023, 14:01
Распоряжение Президента Азербайджанской Республики О повышении размера пенсии Президента Азербайджанской Республики участникам Великой Отечественной войны 1941-1945 годов, лицам, работавшим во время блокады города Ленинград в период Второй мировой войны на предприятиях, в учреждениях и организациях города и награжденным медалью «За оборону Ленинграда», нагрудным знаком «Житель блокадного Ленинграда», и внесении изменения в Распоряжение Президента Азербайджанской Республики «Об учреждении пенсии Президента Азербайджанской Республики для участников Великой Отечественной войны 1941-1945 годов, лиц, работавших во время блокады города Ленинград в период Второй мировой войны на предприятиях, в учреждениях и организациях города и награжденных медалью «За оборону Ленинграда», нагрудным знаком «Житель блокадного Ленинграда» от 2 июля 2012 года номер 2320 подробно...
13 января 2023, 08:01
Распоряжение Президента Азербайджанской Республики О назначении судей ряда судов первой инстанции подробно...
11 января 2023, 15:01
Распоряжение Президента Азербайджанской Республики О назначении М.М.Мамедова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Государстве Израиль подробно...
5 января 2023, 15:01
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению социального благосостояния населения подробно...
28 декабря 2022, 15:12
Распоряжение Президента Азербайджанской Республики О назначении чрезвычайного и полномочного посла Азербайджанской Республики в Королевстве Нидерландов Р.С.Мустафаева одновременно постоянным представителем Азербайджанской Республики в Организации по запрещению химического оружия с резиденцией в городе Гаага подробно...
28 декабря 2022, 15:12
Распоряжение Президента Азербайджанской Республики О назначении М.М.Алиева чрезвычайным и полномочным послом Азербайджанской Республики в Государстве Катар подробно...
28 декабря 2022, 15:12
Распоряжение Президента Азербайджанской Республики Об отзыве Р.Ф.Исмаилова с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Государстве Катар подробно...