"Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin 2014-cü il üçün Xərclər Smetası"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 43
Bakı şəhəri, 11 fevral 2014-cü il
"Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin 2014-cü il üçün Xərclər Smetası"nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə"nin 4.11-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin 2014-cü il üçün Xərclər Smetası" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 fevral tarixli 43 nömrəli qərarı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin 2014-cü il üçün
XƏRCLƏR SMETASI
Sıra №-si |
Xərclərin iqtisadi təsnifatı |
Xərclərin məbləği(manatla) |
1. |
Cəmi xərclər, o cümlədən: |
1340000 |
1.1. |
ştatda olan işçilərin əməkhaqqı |
125160 |
1.2. |
ştatdankənar işçilərin əməkhaqqı |
79860 |
1.3. |
əməyin ödənişi ilə bağlı sair pul ödənişləri, o cümlədən: |
158760 |
1.3.1. |
təmsilçilik xərcləri |
117040 |
2. |
Dövlət Sosial Müdafiə Fonduna ayırmalar |
80032 |
3. |
Sair xərclər, o cümlədən: |
896188 |
3.1. |
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbu nəşrlərinin təsis olunması, xüsusi bülletenlərin buraxılması, konfransların, simpoziumların, forumların təşkil edilməsi, üzvlərin bu tədbirlərdə iştirakı ilə əlaqədar xidməti ezamiyyə, işin təşkili ilə əlaqədar xidmət haqlarının, ekspertlərin qonorar xərclərinin ödənilməsi və fəaliyyəti ilə bağlı digər xərclər |
343500 |
22 сентября 2014, 09:09
Президенту Республики Мали Его превосходительству господину Ибрагиму Бубакару Кейте подробно...
22 сентября 2014, 09:09
Президенту Республики Мальта Ее превосходительству госпоже Мари-Луиз Колейро Прека подробно...
22 сентября 2014, 09:09
О присвоении почетных званий лицам, имеющим заслуги в социально-экономическом развитии города Сумгайыт подробно...
22 сентября 2014, 09:09
О награждении медалью «Терегги» лиц, имеющих заслуги в социально-экономическом развитии города Сумгайыт подробно...
19 сентября 2014, 16:09
Обновлённый проект законодательной базы кредитных бюро внесён в правительство Азербайджана подробно...
19 сентября 2014, 09:09
О назначении Э.Т.Абдуллаева чрезвычайным и полномочным послом Азербайджанской Республики в Федеративной Демократической Республике Эфиопия подробно...
19 сентября 2014, 09:09
О присвоении Э.Т.Абдуллаеву дипломатического ранга чрезвычайного и полномочного посланника второго класса подробно...
18 сентября 2014, 12:09
Институт молекулярной биологии и биотехнологий возглавила Ирада Гусейнова подробно...
17 сентября 2014, 17:09
Азербайджан начинает применение образовательных облаков подробно...
17 сентября 2014, 14:09
Министерство труда и Совет по государственной поддержке НПО подписали Меморандум о взаимопонимании подробно...