Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4, II kitab, maddə 251, № 5, maddə 323, № 12, maddə 835; 2001, № 1, maddə 24, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003, № 6, maddələr 276, 279, № 8, maddələr 424, 425, № 12, I kitab, maddə 676; 2004, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə 321, № 8, maddə 598, № 10, maddə 762, № 11, maddə 900; 2005, № 1, maddə 3, № 6, maddə 462, № 7, maddə 575, № 10, maddə 904, № 11, maddə 994; 2006, № 2, maddələr 71, 72, 75, № 5, maddə 390, № 12, maddələr 1008, 1020, 1028; 2007, № 2, maddə 68, № 5, maddə 398, № 6, maddələr 560, 562, 579, № 8, maddə 757, № 10, maddələr 937, 941, № 11, maddələr 1049, 1080, 1090, № 12, maddə 1221; 2008, № 6, maddələr 454, 461, № 7, maddə 602, № 10, maddə 884, № 12, maddələr 1047, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 953; 2010, № 2, maddə 70, № 3, maddələr 171, 178, № 4, maddələr 275, 276, № 7, maddə 591; 2011, № 4, maddə 253, № 6, maddə 472, № 7, maddələr 587, 601, 621, № 11, maddə 980, № 12, maddə 1093; 2012, № 2, maddə 45, № 3, maddələr 193, 196, № 7, maddələr 666, 669, 673, № 11, maddə 1068, № 12, maddə 1223; 2013, № 1, maddə 14, № 2, maddə 102, № 4, maddə 364, № 5, maddələr 459, 479, 481, № 6, maddələr 594, 600, № 11, maddələr 1264, 1286, 1312, № 12, maddə 1492; 2014, № 2, maddələr 89, 95, № 4, maddə 327, № 6, maddələr 618, 622; 2015, № 4, maddələr 339, 359, 368, № 5, maddələr 504, 508, 510, № 6, maddələr 678, 690, 692) aşağıdakı dəyişikliklər edilsin:

1. 93.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“93.1. Məhkəmə aşağıdakı şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir:

93.1.1. Bu Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulmuş halda psixi pozuntusu olan şəxslərə;

93.1.2. cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə.”.

2. Aşağıdakı məzmunda 93.1-1-ci maddə əlavə edilsin:

“93.1-1. Şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən:

93.1-1.1. bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə;

93.1-1.2. cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə;

93.1-1.3. cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir.”.

3. Aşağıdakı məzmunda 93-1-ci maddə əlavə edilsin:

“Maddə 93-1. Alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi

93-1.1. Alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir.

93-1.2. Alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.”.

4. 93.2-ci, 93.4-cü və 94-cü maddələrdə “93.1.1-93.1.4-cü maddələrində” sözləri “93.1-1-ci maddəsində” sözləri ilə əvəz edilsin.

5. 94-cü maddənin adında və mətnində “Tibbi” sözü “Psixi pozuntusu olan şəxslərə tibbi” sözləri ilə əvəz edilsin.

6. 95-ci maddənin adında “Tibbi” sözü “Psixi pozuntusu olan şəxslərə təyin edilən tibbi” sözləri ilə əvəz edilsin.

7. 95.0-cı maddəyə “Məhkəmə” sözündən sonra “psixi pozuntusu olan şəxslərə” sözləri əlavə edilsin.

8. 98-ci və 99-cu maddələrin adında “Tibbi” sözü “Psixi pozuntusu olan şəxslərə təyin edilmiş tibbi” sözləri ilə əvəz edilsin.

9. 98.1-ci maddədə “Tibbi” sözü “Psixi pozuntusu olan şəxslərə təyin edilmiş tibbi” sözləri ilə, “vəsatəti” sözü isə “təqdimatı” sözü ilə əvəz edilsin.

10. 98.2-ci maddənin birinci cümləsində “Barəsində” sözü “Psixi pozuntusu ilə əlaqədar barəsində” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 oktyabr 2015-ci il.

16 ноября 2015, 09:11

http://www.azertag.net

1—10 из 3607

10 июля 2023, 15:07

Распоряжение Президента Азербайджанской Республики О назначении М.М.Сеидова заместителем министра юстиции Азербайджанской Республики – начальником Пенитенциарной службы   подробно...

10 июля 2023, 15:07

Распоряжение Президента Азербайджанской Республики Об освобождении Дж.А.Гасанова от должности заместителя министра юстиции Азербайджанской Республики – начальника Пенитенциарной службы   подробно...

8 июля 2023, 14:07

Распоряжение Президента Азербайджанской Республики О присвоении дипломатических рангов сотрудникам органов дипломатической службы Азербайджанской Республики   подробно...

17 апреля 2023, 11:04

Распоряжение Президента Азербайджанской Республики О назначении М.Г.Ибрагимова начальником Государственной службы по мобилизации и призыву на военную службу Азербайджанской Республики   подробно...

17 апреля 2023, 11:04

Распоряжение Президента Азербайджанской Республики Об освобождении А.Ю.Рагимова от должности начальника Государственной службы по мобилизации и призыву на военную службу Азербайджанской Республики   подробно...

14 апреля 2023, 14:04

Распоряжение Президента Азербайджанской Республики О назначении А.Г.Керимли министром культуры Азербайджанской Республики   подробно...

14 апреля 2023, 14:04

Распоряжение Президента Азербайджанской Республики Об освобождении А.Г.Керимли от должности первого заместителя министра культуры Азербайджанской Республики   подробно...

14 апреля 2023, 12:04

Распоряжение Президента Азербайджанской Республики О назначении М.Г.Мамедова министром сельского хозяйства Азербайджанской Республики   подробно...

7 апреля 2023, 12:04

Распоряжение Президента Азербайджанской Республики О назначении Р.К.Гурбанова генеральным консулом Азербайджанской Республики в городе Лос-Анджелес Соединенных Штатов Америки   подробно...

7 апреля 2023, 12:04

Распоряжение Президента Азербайджанской Республики Об отзыве А.Х.Гусейнова с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Греческой Республике   подробно...