“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1334-IVQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1334-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi qaydasını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin;

1.4. bu Sərəncamın 2-ci hissəsini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda üç ay müddətində müvafiq dəyişiklik edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası bu Sərəncamın 1.3-cü bəndində göstərilən qayda qüvvəyə mindikdən sonra yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı xidmətlərə görə tarifləri bir ay müddətində təsdiq edilsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 noyabr 2015-ci il.

16 ноября 2015, 09:11

http://www.azertag.net

181—190 из 3607

5 апреля 2022, 08:04

Распоряжение Президента Азербайджанской Республики О награждении И.Г.Керимова орденом «Шохрат»   подробно...

5 апреля 2022, 08:04

Распоряжение Президента Азербайджанской Республики О награждении И.А.Наджафова орденом «Шохрат»   подробно...

5 апреля 2022, 08:04

Распоряжение Президента Азербайджанской Республики Об утверждении «Национального плана деятельности по усилению борьбы с коррупцией на 2022-2026 годы»   подробно...

4 апреля 2022, 07:04

Распоряжение Президента Азербайджанской Республики О награждении В.Г. Ахмедова «Почетным дипломом Президента Азербайджанской Республики»   подробно...

4 апреля 2022, 07:04

Закон Азербайджанской Республики О внесении частичного изменения в административно-территориальное деление города Гянджа   подробно...

18 марта 2022, 13:03

Распоряжение Президента Азербайджанской Республики О выделении финансовой помощи Федерации борьбы Азербайджана   подробно...

15 марта 2022, 11:03

Распоряжение Президента Азербайджанской Республики О награждении В.И.Мамишова орденом «Достлуг»   подробно...

14 марта 2022, 18:03

Распоряжение Президента Азербайджанской Республики О проведении 190-летия Хуршидбану Натаван   подробно...

9 марта 2022, 14:03

Распоряжение Президента Азербайджанской Республики О награждении Д.К.Касеинова «Почетным дипломом Президента Азербайджанской Республики»   подробно...

7 марта 2022, 16:03

Распоряжение Президента Азербайджанской Республики О награждении азербайджанских женщин медалью "Терегги"   подробно...