“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1326-IVQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1326-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 3-cü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.2. həmin Qanunun 1-ci maddəsinin on doqquzuncu abzasında və 13-cü maddəsinin 12-ci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir;
2.3. həmin Qanunun 3-cü maddəsinin 4-cü hissəsinin birinci cümləsində, 13-cü maddəsinin 6-cı hissəsinin yeddinci və səkkizinci abzaslarında, 10-cu hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, öz əsasnamələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Energetika Nazirliyi həyata keçirirlər;
2.4. həmin Qanunun 4-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 noyabr 2015-ci il.
16 ноября 2015, 09:1121 июля 2017, 10:07
О награждении Ф.С.Гаджиева орденом «За службу Отечеству» 2-й степени подробно...
21 июля 2017, 10:07
О присвоении А.А.Алекберову почетного звания «Заслуженный учитель» подробно...
21 июля 2017, 10:07
О награждении А.И.Велиева орденом «За службу Отечеству» 2-й степени подробно...
20 июля 2017, 10:07
О проведении 100-летнего юбилея Махлуги Садыховой подробно...
20 июля 2017, 10:07
О выделении единовременной финансовой помощи газетам, издающимся в Азербайджанской Республике подробно...
20 июля 2017, 10:07
О дополнительных мерах по усилению социальной защиты сотрудников средств массовой информации подробно...
20 июля 2017, 10:07
О назначении А.А.Зейналлы чрезвычайным и полномочным послом Азербайджанской Республики в Китайской Народной Республике подробно...
18 июля 2017, 10:07
О награждении Т.Г.Мамедова «Почетным дипломом Президента Азербайджанской Республики» подробно...
17 июля 2017, 10:07
О 100-летнем юбилее академика Гасана Абдуллаева подробно...
17 июля 2017, 10:07
О мерах по строительству автомобильной дороги Имишли-Отузики-Гарагашлы Имишлинского района подробно...