2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 noyabr 2015-ci il tarixli 167 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə qeydə alınmış namizəd Rzayeva İlhamiyyə Faiq qızı 10 noyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək həmin seçki dairəsinin bəzi seçki məntəqələrində səsvermə günü qanun pozuntularına yol verildiyini iddia etmiş, seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilərək bu barədə müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də ekspert qrupunun üzvü müraciətin geri qaytarılması barədə rəy vermişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 4.1.2-ci yarımbəndinə əsasən, seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilər.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 6-cı, 7-ci hissələrinə və 4.1.2-ci yarımbəndinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə qeydə alınmış namizəd Rzayeva İlhamiyyə Faiq qızının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 noyabr 2015-ci il tarixli 167 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən ərizəçiyə geri göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
13 ноября 2015, 09:115 сентября 2016, 10:09
О назначении А.Н.Годжаева председателем Правления Открытого акционерного общества «Заготовка и снабжение продовольственной продукцией» подробно...
2 сентября 2016, 09:09
О финансировании некоторых мер, связанных с развитием туризма в Азербайджанской Республике подробно...
2 сентября 2016, 09:09
Об учреждении в Азербайджанской Республике профессионального праздника «День работников туризма» подробно...
2 сентября 2016, 09:09
«Об установлении премий для спортсменов Азербайджанской Республики и их тренеров за наивысшие результаты на ХХХI летних Олимпийских играх, прошедших в городе Рио-де-Жанейро Бразилии» подробно...
2 сентября 2016, 09:09
О награждении членов Национальной Олимпийской команды Азербайджана подробно...
2 сентября 2016, 09:09
О награждении членов Национальной Олимпийской команды Азербайджана «Почетным дипломом Президента Азербайджанской Республики» подробно...
2 сентября 2016, 09:09
О предоставлении Р.В.Исаеву специальной олимпийской стипендии Президента Азербайджанской Республики подробно...
31 августа 2016, 10:08
О 200-летии создания немецких поселений в регионе Южного Кавказа подробно...
31 августа 2016, 10:08
Участникам 42-й Всемирной шахматной олимпиады подробно...
31 августа 2016, 10:08
О дополнительных мерах по строительству автомобильной дороги Ашагы Гейнюк-Баш Гейнюк-Баш Шабалыд города Шеки подробно...