2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 4 noyabr 2015-ci il tarixli 128 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 107 saylı Qazax seçki dairəsi üzrə qeydə alınmış namizəd Hacıyev Zaur Namiq oğlu 2015-ci il noyabrın 4-də Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, həmin seçki dairəsi üzrə səsvermənin nəticələrini mübahisələndirmiş, səslərin təkrar hesablanmasını, səsvermə prosesində bəzi qanun pozuntularına yol verildiyini iddia etmiş və bununla bağlı araşdırmanın aparılmasını xahiş etmişdir.

 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə əlaqədar müraciət etmiş Z.N.Hacıyevlə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüququnun olması izah edilmişdir.

Araşdırma zamanı iddiaçı Z.N.Hacıyevin tələbləri dəqiqləşdirilmiş və bəlli olmuşdur ki, konkret olaraq 16 saylı məntəqədə baş vermiş qanun pozuntuları ilə əlaqədar məntəqə üzrə nəticələrinin ləğv edilməsini tələb etmişdir.

Namizədin 16 saylı seçki məntəqəsində ehtimal olunan səsvermə zamanı bir sıra qanun pozuntuları, müşahidəçilərə normal müşahidə aparmaq imkanlarının yaradılmaması kimi ümumi xarakterli iddiaları Mərkəzi Seçki Komissiyası tərəfindən ətraflı araşdırılaraq əldə edilmiş sübutlarla təkzib edilmiş və öz təsdiqini tapmamışdır.

Belə ki, 16 saylı məntəqə seçki komissiyasının sədri E.İ.Xudiyevin, komissiyanın katibləri Ş.Q.Tanrıverdiyevanın, E.Q.Qocayevin, komissiyanın üzvləri Ş.M.Hacıyevin, İ.Ə.Murtuzəliyevin, R.T.Kazımovun, N.B.Əhmədovun, müşahidəçilər P.Ə.Əhmədovun, X.M.Quliyevanın, G.M.Hadıyevanın izahatlarına əsasən məlum olur ki, səsvermə Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq keçirilmiş, müşahidə aparılmasına heç bir maneçilik törədilməmiş, səslərin hesablanması zamanı onların iştirakı təmin edilmiş, heç bir qanun pozuntusu olmamışdır.

Araşdırma prosesində müəyyən edilmişdir ki, həmin seçki dairəsi üzrə qeydə alınmış digər namizəd K.Z.Məmmədovun müraciəti əsasında 16 saylı seçki məntəqəsi üzrə səslər təkrar hesablanmış və nəticələr əvvəlki nəticələrlə üst-üstə düşmüşdür.

Səsvermə günü həmin seçki məntəqəsində baş vermiş mübahisə isə tərəflərdən birinin müraciəti əsasında səlahiyyətli orqanlar tərəfindən araşdırılır.

Dairə seçki komissiyasının 5 noyabr 2015-ci il tarixli arayışına əsasən məlum olur ki, Milli Məclisə seçkilərdə səsvermə günü qanun pozuntuları ilə bağlı 107 saylı Qazax seçki dairəsinin dairə seçki komissiyasına Z.N.Hacıyev və digərləri tərəfindən rəsmi müraciət daxil olmamışdır.

Namizədin seçkinin nəticələrinin yoxlanılması tələbi ilə əlaqədar qeyd edilməlidir ki, müraciətdə dairənin əhatə etdiyi seçki məntəqələrində seçki qanunvericiliyinə uyğun olaraq səsvermənin nəticələrinin yoxlanılmasına əsas ola biləcək hər hansı bir pozuntu barədə konkret faktlara söykənən sübutlar göstərilməmiş, ümumi şəkildə nəticələrlə razılaşmadığı bildirilmişdir. Belə olan halda müraciətin təmin edilməsi üçün hüquqi əsaslar yaranmır.

Beləliklə, araşdırma zamanı Z.N.Hacıyevin ehtimal etdiyi qanun pozuntuları ilə bağlı iddiaları əldə olunmuş sübutlarla təkzib olunmuş və təsdiqini tapmadığı üçün müraciət əsassız hesab olunaraq təmin edilməməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6 və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 107 saylı Qazax seçki dairəsi üzrə qeydə alınmış deputatlığa namizəd Hacıyev Zaur Namiq oğlunun 4 noyabr 2015-ci il tarixli 128 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

10 ноября 2015, 09:11

http://www.azertag.net

501—510 из 3607

5 января 2021, 19:01

Распоряжение Президента Азербайджанской Республики Об освобождении А.Г.Керимова от должности первого заместителя министра культуры Азербайджанской Республики   подробно...

5 января 2021, 19:01

Распоряжение Президента Азербайджанской Республики О назначении А.Г.Керимова министром культуры Азербайджанской Республики   подробно...

4 января 2021, 20:01

Указ Президента Азербайджанской Республики О создании юридического лица публичного права «Фонд возрождения Карабаха»   подробно...

4 января 2021, 20:01

Распоряжение Президента Азербайджанской Республики Об утверждении состава Наблюдательного совета Фонда возрождения Карабаха   подробно...

31 декабря 2020, 15:12

Распоряжение Президента Азербайджанской Республики О награждении Т.А.Ахмедова орденом «Шохрат»   подробно...

31 декабря 2020, 15:12

Распоряжение Президента Азербайджанской Республики О награждении Э.Дж.Мамедова орденом «Шохрат»   подробно...

31 декабря 2020, 15:12

Распоряжение Президента Азербайджанской Республики О награждении Т.Й.Рустамханлы орденом «Шохрат»   подробно...

31 декабря 2020, 15:12

Распоряжение Президента Азербайджанской Республики О награждении М.И.Ибрагимова орденом «Шараф»   подробно...

31 декабря 2020, 15:12

Распоряжение Президента Азербайджанской Республики О награждении Г.А.Гасанова орденом “Шохрат”   подробно...

31 декабря 2020, 15:12

Распоряжение Президента Азербайджанской Республики О предоставлении В.А.Джафарову персональной пенсии Президента Азербайджанской Республики   подробно...