“Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1324-IVQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1324-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

                                                                   

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 oktyabr 2015-ci il.

4 ноября 2015, 09:11

http://www.azertag.net

3301—3310 из 3607

1 мая 2014, 17:05

Введено электронное обращение в МИД граждан Азербайджана за рубежом и иностранцев в стране   подробно...

1 мая 2014, 17:05

Введено электронное обращение в МИД граждан Азербайджана за рубежом и иностранцев в стране   подробно...

1 мая 2014, 14:05

Министр финансов Азербайджана примет участие в 47-м ежегодном собрании управляющих Азиатского банка развития   подробно...

1 мая 2014, 12:05

Расходы на международные и республиканские мероприятия будет лично утверждать президент Азербайджана   подробно...

1 мая 2014, 09:05

О создании Бакинской хореографической академии   подробно...

1 мая 2014, 09:05

О повышении пенсии Президента Азербайджанской Республики для некоторых категорий лиц, участвовавших в Великой Отечественной войне 1941-1945 годов   подробно...

1 мая 2014, 09:05

О предоставлении деятелям искусств премий Президента Азербайджанской Республики   подробно...

1 мая 2014, 09:05

О дополнительных мерах в области обеспечения специальным автотранспортом инвалидов Великой Отечественной войны 1941-1945 годов и приравненных к ним лиц   подробно...

1 мая 2014, 09:05

О предоставлении единовременной материальной помощи участникам Великой Отечественной войны 1941-1945 годов, вдовам погибших или скончавшихся впоследствии бойцов, лицам, награжденным орденами и медалями за самоотверженный труд в тылу   подробно...

30 апреля 2014, 16:04

«Рычащие моторы» запрещены в Азербайджане   подробно...