“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1330-IVQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1330-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 oktyabr 2015-ci il.
3 ноября 2015, 09:118 ноября 2017, 10:11
О предоставлении работникам нефтяной промышленности Азербайджана персональной пенсии Президента Азербайджанской Республики подробно...
6 ноября 2017, 09:11
Об усилении социальной защиты работников художественного состава Азербайджанского государственного симфонического оркестра имени Узеира Гаджибейли подробно...
3 ноября 2017, 05:11
О проведении 110-летнего юбилея академика Муртузы Нагиева подробно...
3 ноября 2017, 05:11
О присвоении почетного звания «Заслуженный учитель» сотрудникам Сумгайытского государственного университета подробно...
1 ноября 2017, 07:11
О присвоении почетного звания «Заслуженный учитель» сотрудникам Нахчыванского государственного университета подробно...
1 ноября 2017, 07:11
О награждении медалью «Терегги» сотрудников Нахчыванского государственного университета подробно...
30 октября 2017, 05:10
О награждении Х.М.Раджабли орденом «За службу Отечеству» 2-й степени подробно...
30 октября 2017, 05:10
О награждении работников сельского хозяйства подробно...
30 октября 2017, 05:10
О предоставлении А.Дж.Мусаеву персональной пенсии Президента Азербайджанской Республики подробно...
30 октября 2017, 05:10
О присвоении Т.Б.Искендерову почетного звания «Заслуженный учитель» подробно...