Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, (II kitab), maddə 585; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003, № 6, maddə 276; 2004, № 5, maddə 321, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761, № 11, maddə 890; 2005, № 1, maddə 4, № 4, maddə 278, № 6, maddə 462, № 8, maddə 686, № 10, maddə 874, № 12, maddə 1079; 2006, № 1, maddə 3, № 2, maddə 64, № 5, maddə 390, № 10, maddə 847, № 11, maddə 929, № 12, maddə 1032; 2007, № 2, maddələr 65, 68, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddə 1221; 2008, № 6, maddə 462, № 7, maddələr 606, 607, № 12, maddələr 1045, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 966; 2010, № 3, maddələr 171, 173, 178, № 7, maddə 593, № 12, maddə 1058; 2011, № 6, maddə 480, № 7, maddələr 589, 599; 2012, № 7, maddə 674, № 11, maddə 1062, № 12, maddə 1215; 2013, № 2, maddə 77, № 6, maddələr 616, 626, № 7, maddə 786, № 11, maddə 1265, № 12, maddə 1493; 2014, № 2, maddələr 90, 102, № 4, maddələr 328, 344, № 6, maddə 600, № 11, maddələr 1354, 1362; 2015, № 4, maddə 342; № 5, maddə 511) aşağıdakı dəyişikliklər edilsin:
1. 14.4-cü maddəyə “hüquqları” sözündən sonra “ona aydın olan dildə” sözləri əlavə edilsin.
2. 147-ci maddəyə aşağıdakı məzmunda 147.4-147.6-cı maddələr əlavə edilsin:
“147.4. Barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir.
147.5. Tutulma haqqında protokolda aşağıdakılar göstərilməlidir:
147.5.1. protokolun tərtib edildiyi yer, tarix və vaxt;
147.5.2. protokolu tərtib edən və tutulmanı aparan şəxsin soyadı, adı, atasının adı və vəzifəsi;
147.5.3. tutulan şəxsin soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduğu yer, şəxsiyyətini təsdiq edən sənəd barədə məlumat;
147.5.4. tutulmanın aparıldığı yer, tarix və vaxt;
147.5.5. tutulmanın səbəbi, şübhənin və ya ittihamın mahiyyəti;
147.5.6. tutulan şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi haqqında qeyd.
147.6. Tutulma haqqında protokol onu tərtib edən vəzifəli şəxs, tutulan şəxs və tutulma haqqında protokolun imzalanması üçün tutulan şəxsə təqdim edilməsində iştirak etmiş müdafiəçi qismində dəvət edilmiş vəkil tərəfindən imzalanır.”.
3. 156.1-ci maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Qətimkan tədbirinin seçilməsi barədə qərarda şəxsin şübhəli bilindiyi və ya ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və müvafiq qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğuna dəlalət edən ilkin sübutlar göstərilməlidir.”.
4. 158.2-ci maddədə “faktiki həbsə alındığı andan” sözləri “azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan” sözləri ilə əvəz edilsin.
5. 222-ci maddə üzrə:
5.1. 222.1-222.3-cü maddələr aşağıdakı redaksiyalarda verilsin:
“222.1. İbtidai araşdırma məlumatlarının yayılması, bu Məcəllənin 222.2 və 222.6-cı maddələrində nəzərdə tutulmuş hallardan başqa, yolverilməzdir.
222.2. İbtidai araşdırma məlumatları cinayət prosesinin iştirakçıları və jurnalistlər tərəfindən yalnız müvafiq olaraq müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə ibtidai araşdırmanın maraqlarına zidd olmayan və cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni mənafelərini pozmayan həddə yayıla bilər.
222.3. Terrorçuluq cinayətləri, silahlı mütəşəkkil dəstələr tərəfindən törədilən cinayətlər üzrə davam edən ibtidai araşdırmanın məlumatlarının yayılmasına, habelə bu Məcəllənin 52-ci maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərinin olduğu kimi yayılmasına icazə verilmir (cinayət prosesi iştirakçılarının bu Məcəllə ilə müəyyən edilən prosessual hüquqlarının təmin edilməsi ilə bağlı olan hallar istisna olmaqla).”;
5.2. 222.4-cü maddəyə “yayılmasının” sözündən sonra “, o cümlədən bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda və qaydada əldə edilmiş prosessual sənədlərin surətlərinin prosessual məqsədlərdən kənar yayılmasının” sözləri və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Belə xəbərdarlıq edilməmişdirsə, yayılması cinayətin açılmasına, cinayət törətmiş şəxsin tutulmasına, ibtidai araşdırmanın normal gedişinə mane ola bilən məlumatların yayılmasına görə cinayət prosesini həyata keçirən şəxs məsuliyyət daşıyır.”;
5.3. Aşağıdakı məzmunda 222.6-cı və 222.7-ci maddələr əlavə edilsin:
“222.6. İctimai maraq kəsb etməsi, yanlış məlumatların yayılmasının qarşısının alınması və ya cinayətə görə məsuliyyətin labüdlüyünün nümayiş etdirilməsi ilə əlaqədar ibtidai araşdırma məlumatları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan tərəfindən bilavasitə və ya kütləvi informasiya vasitələri ilə açıqlana bilər. Bu zaman açıqlanan məlumat cinayət hadisəsi ilə bağlı əldə edilmiş ibtidai araşdırma nəticələrindən ibarət olmalı, davam edən ibtidai araşdırmanın maraqlarına, cinayət prosesinin digər iştirakçılarının şəxsi həyat toxunulmazlığı hüququna zidd olmayan həddə olmalı, təqsirsizlik prezumpsiyasına uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin cinayətə aidiyyəti ilə bağlı hissədə onun cinayəti törətməkdə şübhəli bilinməsinə dair həddi keçməməlidir.
222.7. Yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanmasına yalnız həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı ilə yol verilir.”.
6. 488-ci maddə üzrə:
6.1. 488.1-ci maddəyə “adlanacaq)” sözündən sonra “və ekstradisiya məsələləri” sözləri əlavə edilsin, “Azərbaycan Respublikasının Qanunu” sözləri “və “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının qanunları” sözləri ilə əvəz edilsin;
6.2. 488.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“488.2. Hüquqi yardım göstərilməsinə dair və ekstradisiya haqqında Azərbaycan Respublikası ilə sorğu edən xarici dövlət arasında müvafiq müqavilə olmadıqda və ya müvafiq müqavilə ilə tənzimlənməyən məsələlər üzrə həmin müqaviləyə zidd olmayan hissədə bu Məcəllənin, “Cinayət işlərinə dair hüquqi yardım haqqında" və “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının qanunlarının müddəaları tətbiq edilir.”.
7. Aşağıdakı məzmunda 489.3-cü və 489.4-cü maddələr əlavə edilsin:
“489.3. Azərbaycan Respublikasının ərazisində yaşayan, yaxud olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdiyi əməllərə görə xarici dövlət tərəfindən cinayət məsuliyyətinə cəlb edilməsi və ya məhkəmə tərəfindən təyin edilmiş cəzanın icrası üçün verilməsi və tranzit daşıma bu Məcəllənin 493-501-ci maddələri və “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun olaraq həyata keçirilir.
489.4. Xarici dövlətin səlahiyyətli hakimiyyət orqanının rəsmi müraciəti əsasında Azərbaycan Respublikası ərazisində cinayət təqibi bu Məcəllənin 502-504-cü maddələrinə uyğun olaraq həyata keçirilir.”.
8. 493-cü maddə üzrə:
8.1. 493.2-ci maddədə “surəti” sözündən sonra “və əməlin cinayət olmasını, cinayət məsuliyyətinə cəlb etmə müddətlərini müəyyən edən cinayət qanununun maddələrinin mətni” sözləri əlavə edilsin;
8.2. 493.3-cü maddədə “və məhkuma tətbiq edilən cinayət qanunu müddəasının” sözləri “, onun məhkum edildiyi cinayəti və ittiham hökmünün icra müddətlərini müəyyən edən cinayət qanununun maddələrinin” sözləri ilə əvəz edilsin.
9. 495-ci maddə üzrə:
9.1. 495.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Həmin şəxsin barəsində həbs qətimkan tədbiri Azərbaycan Respublikasının sorğu edilən cinayət təqibi orqanının vəsatəti və Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müvafiq səlahiyyət verilmiş prokurorun təqdimatı əsasında məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən tətbiq edilə bilər.”;
9.2. 495.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“495.2. Verilməsi üçün şəxsin həbsə alınması bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq həyata keçirilir.”.
9.3. 495.3-cü maddədə “Zəruri” sözü “Təxirəsalınmaz” sözü ilə əvəz edilsin.
9.4. aşağıdakı məzmunda 495.3-1-ci maddə əlavə edilsin:
“495.3-1. Rəsmi müraciət alınanadək şəxsin həbsə alınması barədə xarici dövlətin sorğu edən səlahiyyətli hakimiyyәt orqanının vəsatəti olduqda və ya alınmış rəsmi müraciətə həbsə alma haqqında qərarın təsdiq edilmiş surəti əlavə olunmadıqda şəxsin verilməsi üçün həbsə alınması yalnız onun verilməsi üçün kifayət qədər ciddi əsasların mövcudluğunun məlum olduğu hallarda mümkündür.”;
9.5. 495.5-ci maddədə “həbsə alınmış” sözləri “tutulmuş” sözü ilə, “442-454-cü” sözləri “449-451-ci” sözləri ilə əvəz edilsin;
9.6. Aşağıdakı məzmunda 495.6-cı, 495.7-ci və 495.8-ci maddələr əlavə edilsin:
“495.6. Şəxsin cinayət təqibinin həyata keçirilməsi məqsədi ilə verilməsi üçün həbsə alınmasından şikayət verməsi və ona baxılması ilə bağlı məsələlər bu Məcəllənin 452-453-cü maddələrində müəyyən edilmiş qaydada həyata keçirilir.
495.7. Verilməsi üçün tutulmuş və həbs edilmiş şəxs, barəsində prosessual məcburiyyət tədbirləri tətbiq edilən şəxsin bu Məcəllə ilə müəyyən edilmiş hüquqlarına malikdir.
495.8. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, verilməsi üçün şəxsin həbsə alınması müddəti bu Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilir. Bu müddət şəxsin verilməsinə dair rəsmi müraciətə əlavə edilmiş həbsə alma haqqında qərarda nəzərdə tutulan müddətdən çox ola bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, verilməsi üçün şəxsin həbsə alınması müddətinin uzadılması bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.”.
10. 496-cı maddə üzrə:
10.1. 496.4.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 496.4.4-cü maddə əlavə edilsin:
“496.4.4. “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər hallarda.”;
10.2. 496.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“496.5. Şəxsin verilməsi xahişi ilə müraciət etmiş xarici dövlətin sorğu edən səlahiyyətli hakimiyyət orqanı şəxsin verilməsi üçün zəruri məlumatları təqdim etmədikdə, habelə “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər hallarda şəxsin verilməsindən imtina edilə bilər.”.
11. 497-ci maddə üzrə:
11.1. 497.1-ci maddədə “Bu” sözü “Verilməsi məqsədi ilə tutulmuş şəxs tutulduğu andan 48 saat müddətində həbs edilmədikdə, yaxud bu” sözləri ilə, “onun tutulduğu andan 48 saat müddətində” sözləri “həmin müddətdə” sözləri ilə əvəz edilsin;
11.2. 497.2-ci maddədə “Bu Məcəllənin 495.1-ci maddəsinə əsasən verilməsi” sözləri “Verilməsi” sözü ilə əvəz edilsin, “qəbul etdikdə” sözlərindən sonra “, yaxud həbs qətimkan tədbirinin bu Məcəllə ilə müəyyən edilən müddəti başa çatdıqda və uzadılmadıqda” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 oktyabr 2015-ci il.
3 ноября 2015, 09:114 июня 2019, 08:06
Распоряжение Президента Азербайджанской Республики О призыве с 1 по 30 июля 2019 года граждан Азербайджанской Республики на срочную действительную военную службу и увольнении в запас военнослужащих срочной действительной военной службы подробно...
4 июня 2019, 08:06
Распоряжение Президента Азербайджанской Республики О присвоении лицам, отличившимся в области предпринимательской деятельности и работы с предпринимателями в Азербайджанской Республике, почетного звания «Заслуженный инженер» подробно...
4 июня 2019, 08:06
Распоряжение Президента Азербайджанской Республики О предотвращении ущерба, причиненного населению в результате оползня, произошедшего на территории Астаринского района подробно...
4 июня 2019, 08:06
Распоряжение Президента Азербайджанской Республики О награждении лиц, отличившихся в области предпринимательской деятельности и работы с предпринимателями в Азербайджанской Республике подробно...
3 июня 2019, 08:06
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по расширению социальных услуг, оказываемых детям и другим лицам, нуждающимся в особой заботе подробно...
31 мая 2019, 08:05
Распоряжение Президента Азербайджанской Республики О некоторых мерах по усовершенствованию управления в области борьбы с легализацией денежных средств или иного имущества, полученных преступным путем, и финансированием терроризма подробно...
17 мая 2019, 08:05
Распоряжение Президента Азербайджанской Республики О мерах по восстановлению мостов через реку Гянджачай на территории города Гянджа подробно...
17 мая 2019, 08:05
Распоряжение Президента Азербайджанской Республики О награждении Р.И.Джалиловой орденом «Шохрат» подробно...
16 мая 2019, 08:05
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по продолжению строительства автомобильной дороги Губа-Гонагкенд Губинского района подробно...
15 мая 2019, 08:05
Распоряжение Президента Азербайджанской Республики О проведении 110-летия академика Владимира Волобуева подробно...