2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 29 oktyabr 2015-ci il tarixli 113 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 53 saylı Quba-Qusar seçki dairəsi üzrə qeydə alınmış namizəd Şəfiyev Tərlan Böyük Ağa oğlu 29 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına müraciət edərək həmin seçki dairəsi üzrə qeydə alınmış digər namizəd Abramov Yevda Sasunoviç tərəfindən seçkiqabağı təşviqatın seçki qanunvericiliyinin tələbləri pozulmaqla aparıldığını bildirmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydalara haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci 2-ci, 4-cü, 6-cı, 7-ci hissələrinə və 8.6-cı bəndinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 53 saylı Quba-Qusar seçki dairəsi üzrə qeydə alınmış namizəd Şəfiyev Tərlan Böyük Ağa oğlunun 29 oktyabr 2015-ci il tarixli 113 saylı müraciəti araşdırılması üçün aidiyyəti üzrə həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
30 октября 2015, 09:106 мая 2014, 09:05
О назначении Т.Р.Мехтиева заместителем министра по чрезвычайным ситуациям Азербайджанской Республики подробно...
5 мая 2014, 12:05
Пятая часть платы за каждый паспорт пойдёт в «карман» полиции подробно...
5 мая 2014, 09:05
О награждении орденом «Шохрат» Н.Н.Новрузова подробно...
5 мая 2014, 09:05
О проведении 90-летнего юбилея Гусейна Арифа подробно...
5 мая 2014, 09:05
О назначении Ф.Ш.Алиевой ректором Азербайджанского государственного университета культуры и искусства подробно...
5 мая 2014, 09:05
О дополнительных мерах по ускорению социально- экономического развития Агдашского района подробно...
5 мая 2014, 09:05
Об освобождении Э.Г.Искендерова от должности председателя Государственного комитета Азербайджанской Республики по работе с религиозными образованиями подробно...
2 мая 2014, 16:05
Министр обороны Азербайджана обсудил с главой МИД Израиля военно-политическую ситуацию в регионе подробно...
2 мая 2014, 09:05
В азербайджанских вузах закрыты все заочные отделения подробно...
1 мая 2014, 17:05
В Азербайджане зарегистрировано второе объединение собственников жилья подробно...