2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 29 oktyabr 2015-ci il tarixli 8050 və 8051 saylı müraciətlərə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
29 oktyabr 2015-ci il tarixdə Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi G.Q.Aslanlı və başqanı A.M.Hacılı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərdə partiyanın iştirakının dayandırılması, partiyanın qeydə alınmış namizədlərinin namizədlikdən imtina etmələrinin onların öz mülahizəsinə verilməsi barədə qərar qəbul etdiklərini bildirmiş və partiyanın qeydə alınmış namizədlərinin namizədlik statusundan imtinası barədə ərizələrinin dairə seçki komissiyaları tərəfindən qəbul edilməsinə şərait yaradılmasını, habelə seçkilərin təxirə salınaraq 4 ay sonraya təyin olunmasını xahiş etmişlər.
Aşağıda qeyd edilənlərə görə həmin müraciətlər əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 154.1-ci maddəsinə əsasən, siyasi partiya öz nizamnaməsinə uyğun olaraq, siyasi partiyaların bloku isə ona daxil olan siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qərarı ilə səsvermə gününə ən geci 10 gün qalanadək istənilən vaxt müvafiq dairə seçki komissiyasına yazılı ərizə verərək, birmandatlı seçki dairəsi üzrə irəli sürülmüş namizədi, qeydə alınmış namizədi geri çağırmaq hüququna malikdir.
Göründüyü kimi, Müsavat Partiyası nə seçkilərdə iştirakdan imtina edilməsi qaydalarına, nə də belə imtinanın müddətləri barədə qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, partiya seçkilərdə iştirakdan imtina ilə bağlı qərarını səsvermə gününə azı 10 gün qalmışadək qəbul etməli olduğu halda, bunu səsverməyə 3 gün qalmış etmiş, habelə namizədlərin geri çağırılması ilə bağlı özü bilavasitə dairə seçki komissiyalarına müraciət etməli olduğu halda həmin məsələni namizədlərin mülahizəsinə buraxmaqla qanunvericiliyin tələblərinə əməl etməmişdir.
Seçkilərin 4 ay müddətə təxirə salınması ilə əlaqədar məsələyə gəldikdə isə qeyd edilməlidir ki, seçki qanunvericiliyində iddia edilən müddətdə seçkilərin təxirə salınmasının mümkünlüyü nəzərdə tutulmamışdır. Seçkilər yalnız Seçki Məcəlləsinin 149-cu maddəsinə uyğun olaraq qanunla müəyyən olunmuş müddətdə birmandatlı seçki dairəsi üzrə heç bir namizəd qeydə alınmayıbsa və ya bir namizəd qeydə alınıbsa, əlavə namizədlərin irəli sürülməsi və növbəti seçki hərəkətlərinin həyata keçirilməsi məqsədilə müvafiq seçki dairəsi üzrə 2 ay müddətinə, səsvermə gününədək seçki dairəsində qeydə alınmış namizəd qalmazsa, yaxud qeydə alınmış bir namizəd qalarsa, ən geci 3 ay müddətinə təxirə salına bilər.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 149-cu, 154.1-ci maddələrinə əsasən qərara alır:
1. Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi G.Q.Aslanlının 29 oktyabr 2015-ci il tarixli 8050 saylı və başqanı A.M.Hacılının 29 oktyabr 2015-ci il tarixli 8051 saylı müraciətləri əsassız olduğundan təmin edilməsin.
2. Qərar qəbul edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
30 октября 2015, 09:1022 сентября 2014, 09:09
Президенту Республики Мали Его превосходительству господину Ибрагиму Бубакару Кейте подробно...
22 сентября 2014, 09:09
Президенту Республики Мальта Ее превосходительству госпоже Мари-Луиз Колейро Прека подробно...
22 сентября 2014, 09:09
О присвоении почетных званий лицам, имеющим заслуги в социально-экономическом развитии города Сумгайыт подробно...
22 сентября 2014, 09:09
О награждении медалью «Терегги» лиц, имеющих заслуги в социально-экономическом развитии города Сумгайыт подробно...
19 сентября 2014, 16:09
Обновлённый проект законодательной базы кредитных бюро внесён в правительство Азербайджана подробно...
19 сентября 2014, 09:09
О назначении Э.Т.Абдуллаева чрезвычайным и полномочным послом Азербайджанской Республики в Федеративной Демократической Республике Эфиопия подробно...
19 сентября 2014, 09:09
О присвоении Э.Т.Абдуллаеву дипломатического ранга чрезвычайного и полномочного посланника второго класса подробно...
18 сентября 2014, 12:09
Институт молекулярной биологии и биотехнологий возглавила Ирада Гусейнова подробно...
17 сентября 2014, 17:09
Азербайджан начинает применение образовательных облаков подробно...
17 сентября 2014, 14:09
Министерство труда и Совет по государственной поддержке НПО подписали Меморандум о взаимопонимании подробно...