2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 27 oktyabr 2015-ci il tarixli 109 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 99 saylı Şəmkir kənd seçki dairəsi üzrə qeydə alınmış namizəd Tağıyev Elbariz Rəfayıl oğlu 27 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına müraciət edərək həmin seçki dairəsi üzrə qeydə alınmış namizəd Əliyeva Sona Sakit qızı tərəfindən seçkiqabağı təşviqatın seçki qanunvericiliyinin tələblərinin pozulması ilə aparıldığını bildirmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci 2-ci, 4-cü, 6-cı, 7-ci hissələrinə və 8.6-cı bəndinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 99 saylı Şəmkir kənd seçki dairəsi üzrə qeydə alınmış namizəd Tağıyev Elbariz Rəfayıl oğlunun 27 oktyabr 2015-ci il tarixli 109 saylı müraciəti araşdırılması üçün aidiyyəti üzrə həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
29 октября 2015, 09:1030 апреля 2014, 16:04
Отданы приказы по усилению боеспособности и дисциплины в частях и соединениях Вооружённых сил Азербайджана подробно...
30 апреля 2014, 13:04
Министерство налогов Азербайджана предупредило пользователей системы электронной торговли подробно...
29 апреля 2014, 16:04
Страховые брокеры должны страховать свою профессиональную ответственность на сумму до 1 млн. манатов подробно...
29 апреля 2014, 16:04
Презентованы первичные работы по созданию археологического парка Гёйтепе подробно...
29 апреля 2014, 10:04
Азербайджан будет использовать южные регионы для развития культурного туризма подробно...
29 апреля 2014, 10:04
Министр финансов Азербайджана утвердил процедуры консолидации страховых компаний подробно...
28 апреля 2014, 17:04
Счётная палата проверит Holcim подробно...
28 апреля 2014, 16:04
Глава МИД Азербайджана примет участие в заседании Вышеградской четвёрки подробно...
28 апреля 2014, 14:04
В Азербайджане объявлен повторный инвестиционный конкурс на акции переработчика хлопка в Билясуваре подробно...
28 апреля 2014, 12:04
Латвия и Германия помогут создать в Азербайджане частные пенсионные фонды подробно...