2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 26 oktyabr 2015-ci il tarixli 107 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə qeydə alınmış namizəd İsgəndərov Vidadi İsgəndər oğlu 26 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək qeyd edilən seçki dairəsinin bir hissəsində seçkiqabağı təşviqat imkanlarının yaradılmamasını və ona öz təşviqatını aparmağa qanunsuz maneələr törədilməsi səbəbindən seçkiqabağı təşviqat apara bilməməsini əsas gətirərək həmin seçki dairəsi üzrə seçkilərin təxirə salınmasını xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Ərizəçi müraciətini onunla əsaslandırmışdır ki, namizəd olduğu seçki dairəsinin bir hissəsində seçicilərlə görüşlər üçün müvafiq icra hakimiyyəti orqanları tərəfindən müvafiq yerlər ayrılmadığından həmin yerlərdə təşviqat aparılması mümkün olmamış və ona öz təşviqatını aparmağa qəsdən maneələr törədilmişdir. Bununla yanaşı, görüşlərin yalnız yerli icra hakimiyyətinin icazəsi ilə aparılmasının mümkünlüyünə dair dairə seçki komissiyasının sədri tərəfindən ona qanunsuz izahlar verərkən onun tərəfindən gizli çəkiliş aparılmış, əlavə olaraq cari ilin oktyabr ayının 10-da və 13-də seçicilərlə görüşərkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmışdır. İcra hakimiyyəti tərəfindən seçicilərlə görüş məqsədilə yerlərin ayrılması isə ümumiyyətlə ərizəçi tərəfindən seçkilərə müdaxilə kimi qiymətləndirilmişdir.
Araşdırma prosesində müraciət etmiş deputatlığa namizədlə əlaqə saxlanılmış, əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada, iclasda iştirak etmək hüquqlarının olması izah edilmiş, Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmiş, onun tərəfindən əlavə sənəd və material təqdim edilməmişdir.
Dairə seçki komissiyası tərəfindən təqdim edilmiş “Əvvəlcədən müəyyən edilmiş yerlərdən əlavə başqa yerlərdə seçkiqabağı təşviqat aparmaq məqsədilə seçicilərlə görüş cədvəli”ndən görünür ki, həmin seçki dairəsinin ərazisində mövcud olan yaşayış məntəqələrində görüşlərin keçirilməsi üçün (ümumi 33 yaşayış məntəqəsi) tam imkanlar yaradılmış və seçki dairəsi üzrə qeydə alınmış namizədlər müxtəlif vaxtlarda həmin yerlərdə sərbəst görüşlər keçirmişlər. Bu hal qeydə alınmış namizədlər Babayev Vaqif Əziz oğlu, Əzimov İlqar Veyis oğlu, Hacılı Namiq Mahmud oğlu, Həşimov Abdulla Məcid oğlu, Kərimov Şahid Baloğlan oğlu, Nəsirov Elman Xudam oğlu və Şərifov Rövşən Nurəddin oğlunun izahatları ilə də öz təsdiqini tapmışdır.
Dairə seçki komissiyasının sədrinin izahatından da görünür ki, Seçki Məcəlləsinin 86.2-ci maddəsində nəzərdə tutulsa da, 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə qeydə alınmış namizədlər tərəfindən təşviqatın aparılması üçün heç bir əlavə oqrana müraciət etmədən hər bir şərait yaradılmış və təşviqat dövrü ərzində qanun pozuntusu ilə bağlı dairə seçki komissiyasına heç bir müraciət daxil olmamışdır.
Seçki Məcəlləsinin 86.2-ci maddəsinə əsasən qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin, onların vəkil edilmiş şəxslərinin seçicilərlə görüşlərinin keçirilməsi üçün yer ayrılması barədə verdikləri ərizələrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən Azərbaycan Respublikası qanunlarına uyğun olaraq baxılır.
Göyçay Rayon Polis Şöbəsi tərəfindən təqdim edilmiş 10 oktyabr 2015-ci il tarixli 5/8215 saylı məktubdan görünür ki, rayon avtovağzalında namizəd V.İ.İsgəndərov 10-15 nəfərdən ibarət şəxslərlə görüş keçirərkən ərazidə xidmət aparmış polis əməkdaşları tərəfindən həmin prosesə hər hansı bir müdaxilə edilməmiş, namizədin saxlanılaraq polis şöbəsinə aparılması halı baş verməmişdir. Bu, həmin görüşdə iştirak etmiş 3 nəfər şəxsin yazılı izahatları ilə də təsdiq edilir.
Eyni zamanda, həmin polis şöbəsi tərəfindən təqdim edilmiş 13 oktyabr 2015-ci il tarixli 5/8322 saylı məktubdan görünür ki, namizədin ona naməlum şəxslər tərəfindən seçkiqabağı təşviqatla əlaqədar olmayan qanunsuz təzyiqlər edilməsi ilə bağlı məlumatına dərhal reaksiya verilərək müvafiq araşdırma aparılmış və həmin hal öz təsdiqini tapmamşıdır.
Əvvəlcədən icra hakimiyyəti tərəfindən müəyyən olunmuş görüş yerlərindən başqa əlavə yerlərdə təşviqat aparılmasına dair dairə seçki komissiyası sədrinin namizədə verdiyi və namizədin imkanlarını məhdudlaşdıran qanunazidd izaha gəldikdə isə qeyd edilməlidir ki, əslində bu tələb Azərbaycan Respublikası Seçki Məcəlləsinin 86.2-ci maddəsinin tələblərinə tam uyğun olmaqla yanaşı, namizədin hüquqlarının hansısa formada məhdudlaşdırılmasına heç cür təsir etməmişdir.
Belə ki, namizədin konkret görüş keçirməklə bağlı deyil, ümumi məlumat almaq məqsədilə dairə seçki komissiyasına müraciət etməsi mübahisə doğurmur. Namizəd tərəfindən seçkiqabağı təşviqat aparmaq niyyətinin olmamasını isə onun Mərkəzi Seçki Komissiyasının iclasındakı çıxışından və özü tərəfindən təqdim edilmiş, lakin sübut əhəmiyyəti daşımayan videomaterialdan da müəyyən etmək çətin deyil. Əslində isə onun seçkiqabağı təşviqat çərçivəsində yaradılmış şəraitdən istifadə imkanları bu imkanlardan istifadə etmiş digər namizədlərlə eyni olmuş və bu məsələdə heç bir ayrı-seçkiliyə yol verilməmişdir.
Müraciətə sübut kimi əlavə edilmiş iki ədəd video diskə gəldikdə isə qeyd edilməlidir ki, onlar qeyri-prosessual yolla əldə edildiyindən (əldə edilməsi üsulu və qaydası, kim tərəfindən və harada aparılması, mənşəyi, araşdırılan materiala aid olması qeyri-müəyyən olması) və heç bir sübut əhəmiyyəti daşımadığından əsas kimi götürülə bilməz.
Həmçinin ərizəçinin yerli icra hakimiyyəti orqanı tərəfindən seçicilərlə görüşlər məqsədilə yerlərin ayrılmasını seçkilərə qanunsuz müdaxilə kimi qiymətləndirməsi də əsassızdır.
Belə ki, Azərbaycan Respublikası Seçki Məcəllənin 86.3-cü maddəsinə əsasən, seçki komissiyalarının sifarişi ilə dövlət və ya bələdiyyə mülkiyyətində olan, seçkiqabağı tədbirlərin keçirilməsi üçün yararlı yer (bina, otaq) qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin, onların vəkil edilmiş şəxslərinin seçki komissiyası ilə razılaşdırdıqları vaxtda seçicilərlə görüşlər üçün istifadəyə mülkiyyətçilər tərəfindən pulsuz verilir. Göstərilən yer (otaq, bina) qeydə alınmış namizədlərdən birinə, siyasi partiyaya, siyasi partiyaların blokuna seçkiqabağı təşviqatın aparılması üçün verilmişsə, mülkiyyətçi qeydə alınmış digər namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna eyni istifadə şərtləri ilə həmin yeri (otağı, binanı) verməkdən imtina edə bilməz. Seçki komissiyaları qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı kütləvi tədbirlər keçirmək üçün bərabər şərait yaradırlar.
Qeyd edilənlər əsas götürülərək, ərizəçinin iddiası əsassız və qanunsuz olduğundan təmin edilməməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə qeydə alınmış namizəd İsgəndərov Vidadi İsgəndər oğlunun 26 oktyabr 2015-ci il tarixli 107 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
29 октября 2015, 09:1025 января 2023, 08:01
Указ Президента Азербайджанской Республики Об утверждении «Соглашения между Правительством Азербайджанской Республики и Правительством Российской Федерации о сотрудничестве и взаимодействии в целях согласованного развития пунктов пропуска через государственную границу между Азербайджанской Республикой и Российской Федерацией и транспортных подходов к ним» подробно...
24 января 2023, 10:01
Распоряжение Президента Азербайджанской Республики Об утверждении «Государственной программы по приведению национальной системы стандартизации в соответствие с международными требованиями на 2023-2025 годы» подробно...
13 января 2023, 14:01
Указ Президента Азербайджанской Республики О повышении размера социальных пособий и внесении изменений в Указ Президента Азербайджанской Республики «О повышении размера социальных пособий» от 29 августа 2013 года номер 973 подробно...
13 января 2023, 14:01
Распоряжение Президента Азербайджанской Республики О повышении размера пенсии Президента Азербайджанской Республики участникам Великой Отечественной войны 1941-1945 годов, лицам, работавшим во время блокады города Ленинград в период Второй мировой войны на предприятиях, в учреждениях и организациях города и награжденным медалью «За оборону Ленинграда», нагрудным знаком «Житель блокадного Ленинграда», и внесении изменения в Распоряжение Президента Азербайджанской Республики «Об учреждении пенсии Президента Азербайджанской Республики для участников Великой Отечественной войны 1941-1945 годов, лиц, работавших во время блокады города Ленинград в период Второй мировой войны на предприятиях, в учреждениях и организациях города и награжденных медалью «За оборону Ленинграда», нагрудным знаком «Житель блокадного Ленинграда» от 2 июля 2012 года номер 2320 подробно...
13 января 2023, 08:01
Распоряжение Президента Азербайджанской Республики О назначении судей ряда судов первой инстанции подробно...
11 января 2023, 15:01
Распоряжение Президента Азербайджанской Республики О назначении М.М.Мамедова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Государстве Израиль подробно...
5 января 2023, 15:01
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению социального благосостояния населения подробно...
28 декабря 2022, 15:12
Распоряжение Президента Азербайджанской Республики О назначении чрезвычайного и полномочного посла Азербайджанской Республики в Королевстве Нидерландов Р.С.Мустафаева одновременно постоянным представителем Азербайджанской Республики в Организации по запрещению химического оружия с резиденцией в городе Гаага подробно...
28 декабря 2022, 15:12
Распоряжение Президента Азербайджанской Республики О назначении М.М.Алиева чрезвычайным и полномочным послом Азербайджанской Республики в Государстве Катар подробно...
28 декабря 2022, 15:12
Распоряжение Президента Азербайджанской Республики Об отзыве Р.Ф.Исмаилова с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Государстве Катар подробно...