2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 23 oktyabr 2015-ci il tarixli 105 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 15 saylı Yasamal birinci seçki dairəsi üzrə qeydə alınmış namizədlər Əli Əliyev və Nişat Mehdiyev 23 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına müraciət edərək həmin seçki dairəsi üzrə qeydə alınmış namizəd Quliyev Ülvi Zahid oğlu tərəfindən seçkiqabağı təşviqatın seçki qanunvericiliyinin tələblərini pozmaqla aparıldığını bildirmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişlər.

 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı, 7-ci hissələrinə və 8.6-cı bəndinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 15 saylı Yasamal birinci seçki dairəsi üzrə qeydə alınmış namizədlər Əli Əliyev və Nişat Mehdiyevin 23 oktyabr 2015-ci il tarixli 105 saylı müraciəti araşdırılması üçün aidiyyəti üzrə həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

26 октября 2015, 09:10

http://www.azertag.net

3081—3090 из 3607

18 августа 2014, 09:08

О дополнительных мерах по строительству автомобильной дороги Синджан-Хачмаз-Фильфили Огузского района   подробно...

15 августа 2014, 17:08

Лихорадка Эбола: Азербайджан предпринимает экстренные меры   подробно...

15 августа 2014, 15:08

Введён дисконт по государственному лизингу сельскохозяйственной техники   подробно...

15 августа 2014, 09:08

Программа «Произведено в Грузии» будет перенесена на Азербайджан   подробно...

15 августа 2014, 09:08

О мерах по строительству автомобильной дороги Моллаисалар-Велиушагы-Моллаахмедли-Саркарлар Бардинского района   подробно...

8 августа 2014, 09:08

О дополнительных мерах по ускорению социально-экономического развития Агдамского района   подробно...

14 августа 2014, 09:08

Особый отдел появился в Министерстве налогов   подробно...

13 августа 2014, 14:08

Административные правила мест заключения распространены на досудебные разбирательства   подробно...

13 августа 2014, 14:08

Объявлен список подтверждающих документов для временного ввоза в Азербайджан иностранных автомобилей, не соответствующих Евро-4   подробно...

13 августа 2014, 09:08

В Азербайджане будут разработаны правила спортивного и любительского рыболовства   подробно...