2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçki məntəqələrində veb-kameraların quraşdırılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Azərbaycan Respublikasının seçki qanunvericiliyinə əsasən seçkilərin hazırlanması və keçirilməsi prosesi, nəticələrin rəsmiləşdirilməsi və ictimailəşdirilməsi, habelə komissiyaların fəaliyyəti seçicilər üçün aşkar olmalıdır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası qanunvericiliyin bu tələblərinə əməl olunmasının təmin edilməsi məqsədilə seçkilərin hazırlanması və keçirilməsi prosesində aşkarlıq institutlarının normal fəaliyyəti, xüsusilə müşahidəçilik fəaliyyəti üçün daim hərtərəfli və geniş imkanlar yaratmışdır. Seçici siyahılarının mütəmadi olaraq nümayiş etdirilməsi, seçicilərin səsvermədə aktivliyi, səsvermənin gedişi və ilkin nəticələri barədə məlumatların seçicilərə çatdırılması və ictimaiyyətin aparılan proseslərlə yaxından tanış edilməsi üçün davamlı tədbirlər görülmüş, bu prosesdə müvafiq avtomatlaşdırılmış informasiya sisteminin və kütləvi informasiya vasitələrinin imkanlarından səmərəli istifadə edilmişdir.
Geniş ictimaiyyət tərəfindən səsvermənin gedişinin müşahidə edilməsi, habelə məntəqə seçki komissiyalarının üzvləri tərəfindən seçki sənədləri ilə işin aparılması, heç bir qanunsuz müdaxilə olmadan seçicilərə səsvermə üçün zəruri şəraitin yaradılması, seçki bülletenlərinin seçki qutusuna salınması, səslərin sayılması, nəticələrin müəyyənləşdirilərək rəsmiləşdirilməsi prosesinin izlənilməsi və bununla da aşkarlığın daha geniş surətdə təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 2008-ci ildən başlayaraq seçkilərdə əlavə tədbirlər qismində, Mərkəzi Seçki Komissiyası İnformasiya Mərkəzinin sisteminə qoşulmaqla, mövcud seçki məntəqələrinin 500-ündə (beş yüz) (təqribən 10 faizində), sonradan isə 1000-ində (min) (təqribən 20 faizində) veb-kameralar tətbiq etmişdir. Seçkilərin gedişini izləmiş çoxsaylı yerli və beynəlxalq subyektlər tərəfindən yüksək qiymətləndirilərək uğurlu hesab edildiyindən, hazırda həmin təcrübənin davam etdirilməsi məqsədəmüvafiqdir.
Ona görə də Mərkəzi Seçki Komissiyası hesab edir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə də bu ənənəyə sadiq qalınmalı, veb-kameralar vasitəsilə keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün zəruri olan texniki və digər şərtlər müəyyən olunduqdan sonra işğal edilmiş ərazilər istisna olmaqla, respublika ərazisinin tam əhatə olunması prinsipi əsas götürülərək, 119 seçki dairəsi üzrə 1000 (min) seçki məntəqəsində veb-kameralar quraşdırılmalıdır. Bu fəaliyyət başa çatdıqdan sonra veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı səsvermə gününə 5 gün qalmışdan gec olmayaraq dərc edilməklə ictimailəşdirilməlidir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.10-cu, 25.2.16-cı, 28.2-ci, 28.4-cü, 40.1-ci və 110-cu maddələrinə, habelə “Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsi Qaydaları”na əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermə günü seçki məntəqələrində seçki prosesinin əvvəldən axıradək izlənilməsi məqsədilə, 119 seçki dairəsi üzrə 1000 (min) seçki məntəqəsində veb-kameralar quraşdırılsın.
2. Ermənistan tərəfindən işğal edilmiş ərazilər istisna olmaqla, respublika ərazisinin tam əhatə olunması, keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi prinsipləri əsas götürülərək, veb-kameraların quraşdırılması üçün zəruri olan texniki və digər şərtlərin müəyyən olunması ilə əlaqədar müvafiq tədbirlər görülsün.
3. Proses başa çatdıqdan sonra veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı səsvermə gününə 5 gün qalmışdan gec olmayaraq dərc edilsin.
4. Qərarın icrası öz səlahiyyətləri daxilində aidiyyəti üzrə müvafiq qurumlara həvalə edilsin.
5. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
23 октября 2015, 09:1015 февраля 2023, 15:02
О назначении Н.К.Алиева ректором Азербайджанской академии художеств подробно...
15 февраля 2023, 07:02
Распоряжение Президента Азербайджанской Республики О назначении Ш.С.Багирова председателем Государственного таможенного комитета Азербайджанской Республики подробно...
15 февраля 2023, 07:02
Распоряжение Президента Азербайджанской Республики Об освобождении Ш.С.Багирова от должности первого заместителя председателя Государственного таможенного комитета Азербайджанской Республики подробно...
13 февраля 2023, 11:02
Распоряжение Президента Азербайджанской Республики О награждении государственных служащих Государственной службы по мобилизации и призыву на военную службу Азербайджанской Республики подробно...
11 февраля 2023, 11:02
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по обеспечению деятельности Алятской свободной экономической зоны подробно...
11 февраля 2023, 11:02
Распоряжение Президента Азербайджанской Республики Об индексации трудовых пенсий подробно...
9 февраля 2023, 15:02
Распоряжение Президента Азербайджанской Республики Об оказании финансовой поддержки Общественной телерадиовещательной компании Азербайджанской Республики подробно...
9 февраля 2023, 15:02
Распоряжение Президента Азербайджанской Республики О награждении А.Я.Шаровского «Почетным дипломом Президента Азербайджанской Республики» подробно...
9 февраля 2023, 08:02
Распоряжение Президента Азербайджанской Республики Об оказании финансовой помощи религиозным образованиям в Азербайджане подробно...
8 февраля 2023, 08:02
Распоряжение Президента Азербайджанской Республики О награждении сотрудников Конфедерации профсоюзов Азербайджана подробно...